vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 20 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9377 AZN
1 Rusiya rublu 1 RUB = 0.0257 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1803 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3178 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
10:00 | 23 oktyabr 2018 | Çərşənbə axşamı Məqaləyə 2337 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Soyuq müharibə dövrü qayıdır

Dünya siyasətini isti günlər gözləyir

Şahin CƏFƏRLİ

Tramp ABŞ-ın Kiçik və orta mənzilli raketlərin ləğvinə dair Müqavilədən çıxacağını açıqlayıb. Ağ Evdən isə bildiriblər ki, ABŞ Strateji hücum silahlarının ixtisarına dair Müqavilənin (SNV-3) uzadılmasına da isti baxmır.

Birinci müqavilə 1987-ci ildə Qorbaçov və Reyqan arasında imzalanıb və müddətsizdir. İkinci müqaviləni isə 2010-ci ildə Obama ilə Medvedev 10 illik müddətə imzalayıblar və 2011-ci ildən qüvvəyə minib. Hər iki sənəd strateji stabilliyi təmin etməyə yönəlib və bunların qüvvəsini itirməsi o deməkdir ki, nüvə tərksilahı, silahlanmaya nəzarət dönəmi bitir və “soyuq müharibə” şərtləri geri gəlir.

1970-ci illərin ortalarında ABŞ və SSRİ-də yaradılan kiçik (500-1000 km) və orta (1000-5500 km) mənzilli raketlərin əsas hekayəsi ondan ibarət idi ki, bu tip yüksək dəqiqliyə malik, nüvə başlıqlı qanadlı və ballistik raketlərin çox qısa uçuş vaxtının hesabına (8-10 dəqiqə) tərəflərdən biri digərinə ildırım sürətli zərbə endirərək onu cavab imkanından məhrum edə bilərdi. Məsələn, SSRİ "Pioner" raketləri ilə NATO-nun və ABŞ-ın Avropadakı bütün hərbi infrastrukturunu, raket qurğularını, komanda məntəqələrini, idarəetmə mərkəzlərini, limanları hədəf almışdı. ABŞ-ın Avropadakı “Pershing 2” raketləri isə SSRİ-nin hərbi infrastrukturu, raket qurğuları ilə bərabər, həm də Kremli və ölkənin siyasi-hərbi rəhbərliyinin oturduğu digər bina və obyektləri nişangaha götürmüşdü. Yəni bu cür raketlər imkan verirdi ki, strateji nüvə ehtiyatını işə salmadan və qarşı tərəf cavab zərbələri üçün öz mexanizmini hərəkətə keçirməyə macal tapmadan onu raketlərin hədəfə çox tez çatması hesabına, məhdud nüvə müharibəsi ilə birinci sıradan çıxarasan. Məsələn, “Pershing”lər 6, uzağı 8 dəqiqəyə Moskvaya yetişəcəkdi. Bu cür imkan rusca “Взаимное гарантированное уничтожение” (ingiliscə: “Mutually Assured Destruction”) deyilən nüvə paritetini pozmuş və müharibə riskini artırmışdı. Ona görə də tərəflər bu riski ortadan qaldırmaq üçün bir müddət sonra, Brejnevin dövründə danışıqlara başladılar. Andropovun vaxtında gərginlik artdı, Qorbaçovun dövründə isə müqaviləni imzalamaq mümkün oldu. Qarşılıqlı öhdəlik götürdülər ki, quruda yerləşdirilən bu cür raketləri ləğv etsinlər, onların istehsalına, sınaqlarına, döyüş məqsədli yerləşdirilməsinə son qoysunlar...

Son illər tərəflər bir-birini müqavilə şərtlərini pozmaqda ittiham edir. Rusiya ABŞ-ın Avropada qurmaqda olduğu raket hücumundan müdafiə sisteminin (“Aegis Ashore”) asanlıqla hücum məqsədilə istifadə oluna və orta mənzilli “Tomahawk” qanadlı raketləri buraxa biləcəyini bildirir. ABŞ isə Rusiyanın gizli saxlamağa çalışdığı “Novator 9M729” tipli qanadlı raketlərinin müqaviləyə zidd olduğu fikrindədir.

Lakin ABŞ-ın əsas narahatlığı Rusiyadan çox, Çindən qaynaqlanır. Çin bu müqavilədən kənarda olduğu üçün rahatlıqla kiçik və orta mənzilli raketlərini inkişaf etdirir. Bu isə Cənubi Çin dənizi regionunda, ümumən Sakit okeanda ABŞ maraqları üçün təhlükədir.

Əgər ABŞ qeyd olunan müqavilələrdən çıxarsa, nə baş verəcək?

- Bu, ən əvvəl Reyqan dönəmində olduğu kimi, silahlanma yarışının başlanmasına səbəb olacaq. ABŞ hərbi-sənaye kompleksi dövlətdən on, bəlkə də yüz milyardlarla dollarlıq sifarişlər alacaq, nəticədə əlavə iş yerləri açılacaq, mühəndis və fəhlələrin maaşları artacaq. Yəni Trampın istədiyi olacaq. Rusiyanın isə imkanları məhdud olduğu üçün onun iqtisadiyyatı əlavə stress yaşayacaq;

- Almaniya ərazisi başda olmaqla, Avropadakı bütün NATO infrastrukturu Rusiya raketlərinin hədəfində olacağı üçün NATO paritet yaratmaq məqsədilə ABŞ-ın kiçik və orta mənzilli raketlərinin yenidən Avropada yerləşdirilməsinə qərar verəcək. Nəticədə Avropanın ABŞ-dan asılılığı yenə güclənəcək;

- Sakit okean zonasında ABŞ-ın hərbi dominantlığının pozulması dayandırılacaq, Pentaqon Çin üzərində əlavə basqı qurmağa çalışacaq, Cənubi Çin dənizi akvatoriyasında gərginlik artacaq.

Bütün bunlar ABŞ-ın 2017-ci ilin dekabrında elan olunan yeni milli təhlükəsizlik strategiyasına uyğundur.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)