vaxtlı-vaxtında oxuyun! Bazar, 19 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
09:54 | 7 iyul 2013 | Bazar Məqaləyə 609 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Avropada qalmağa, yoxsa gəzməyə?»

Etibar CƏBRAYIL

MÖVZU İLƏ ƏLAQƏLİ

Aradan neçə gün ötməsinə baxmayaraq, hələ də özümə gələ bilmirəm. Telekanalların birində göstərilən Malta mənzərələri gözümün önündən getmir. Qəribə bir təbiət mənzərəsi. Yaxınlıqda nə bir göydələn var, nə yeraltı, yerüstü keçid, nə bir körpü-filan. Uzanıb gedən çöldə avtomobil tıxacı da yoxdu. Tıxac hardan olsun, heç maşın görünür ki? Dahi Mirzə Ələkbər Sabir sanki elə maltalılardan yazıb.

Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz...
Yazıq Malta camaatı görən necə yaşayır? Cırtdan ölkədə yaşamaq da bir şey deyilmiş. Politoloqlar elə ona görə yeri gələndə deyirlər ki, Çin ol, ABŞ ol, Rusiya ol, amma Malta olma.
O gün bu cırtdan ölkədə keçirilən Avroliqa oyunu barədə özüm yazmıram. Oyun oldu ki, yazım? Olmayan bir şey barədə yazmağı öyrənə bilməmişəm. Göydələnlər, körpülər, tunellər ölkəsindən gələn "Xəzər Lənkəran” bu, çölün düzündə mağmın-mağmın qalan Maltanın təqribən "Slima” adlı klubunu uda bilmədi.
"Xəzər Lənkəran” düşərgəsində çeşidli bəhanələr səslənməkdədi. Bizim belə bəhanələrə qarnımız toxdu. Ortabab oyun göstərə bilmirsənsə ya sus, ya da elə sus!
Təqribən "Slima” adlı komanda ilə cavab oyununa da bir şey qalmayıb. "Xəzər Lənkəran”a dəli kimi bağlandığımdan kluba bir yaxşılıq etmək fikrindəyəm. Qoy onlar cavab oyununa ciddi hazırlaşsınlar. Futbolçulara meydanda qaçmağı, topla ağıllıca davranmağı, düz-əməlli ötürmə verməyi, andıra qalmış qapıya tərəf zərbə vurmağı rahat öyrətsinlər. Canımın canı çıxar, bəhanələri mən düzüb-qoşaram.
Deməli belə, canım-gözüm azarkeşlər. Təxminən "Slima” adlı komanda ilə Maltadakı oyunda zəif təsir bağışlamağımızın səbəbləri bunlardı: Misirdə hərbi çevrilişin baş verməsi, İlhamə Quliyeva ilə Aygün Kazımovanın dalaşmasına millət vəkillərinin də qoşulması, Çində doğuşun artması, Obamanın qızlarının güllü don geymələri, Rusiya OMON-un bazarlara qəfil hücumu, İndoneziyada təbii fəlakət, Norveçdə ən uzun kilkə balığının ovlanması, Danimarkada dünyanın ən yaşlı adamının öskürməsi, Aktrisa Monika Belluccinin bədəninin hansı yerindəsə qəfil çıxan sızanaq, Hindistanda fillərin "Maral, Maral, eşqinə düşdüm, Maral” mahnısının ritmləri altında rəqs etməkdən imtinaları, Son günlər bütün dünyada təyyarələrin göylə uçması, gəmilərin üzməsi...
Deməli belə, canım-gözüm azarkeşlər. Belə bəhanələrdən o qədər bilirəm ki, yazmaqla bitməz. Amma və lakin, bilmədiyim bir şey var. "Xəzər Lənkəran” bu heyət və belə oyunla nə etmək istəyir? Avropaya gəzməyə gedirlər, yoxsa qrup mərhələsinə düşüb köhnə qitədə daha çox qalmaq fikirləri var....

   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)