vaxtlı-vaxtında oxuyun! Bazar, 24 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 2.0342 AZN
Rusiya rublu 1 RUB = 0.0294 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3097 AZN
Türk lirəsi 1 TRY = 0.4864 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
MÜƏLLİF  
08:37 | 28 avqust 2012 | Çərşənbə axşamı Məqaləyə 535 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tahirin üzündə həya gərəkdi…»

Və ya Pelenin məşqçisi, Qaqarinin müəllimi kimdi?

Etibar CƏBRAYIL

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın 28-də futbol azarkeşlərinin bayramını qara gətirənlərdən biri Tahir Süleymanovun səsi yenə eşidilməyə başlayıb. İdman tarixində ən böyük şərəfsizlikdən birinə imza atan klubun- “Neftçi”nin vitse-prezidenti ötən bu aylar ərzində üzr istəməyə cəsarəti çatmasa da indi danışmaqdadı. Daha bir “Böyük oyun” bu adamın iç üzünü növbəti dəfə ortaya qoydu.

Ötən bazar Lənkəranda baş verənlər futbol adına ləkədi. Növbəti “Böyük oyun”dan sonra yaşananlar nə “Cənub mirvarisi”nin, nə də onun futbolun qeyrətini çəkən vicdanlı və namuslu azarkeşlərinin adına yaraşdı. Amma bu hadisədən yararlanıb ortada kəndirbazlıq edən Tahir Süleymanova xatırlatmaq istəyirəm ki, təqvimdə 25 avqust 28 maydan sonra gəlir.
Avqustun 25-dən əvvəl gələn mayın 28-də ölkənin ən böyük stadionunda dünyanın ən böyük rəzilliyi yaşandı. Kubokun finalı bitər-bitməz Neft Şirkətinin gül balası “Neftçi” şərəfsizliyin finalına başladı. “Neftçi”nin neft çəninə oxşayan rəsmi şəxsi gülüm oğlan Güloğlan Cabbarov “Xəzər Lənkəran”ın iki oyunçusunu- Kamran Abdullazadə ilə Rodomir Todorovu qanına qəltan etdi, “Neftçi”nin neft buruğuna oxşayan oyunçusu Mahir Şükürov yığmadakı oyundaşı Elnur Allahverdiyevə şıllaq atdı. Həmin vaxt yəqin ki, stadionun qadın azarkeşləri üçün nəzərdə tutulan ayaqyolusunda gizlənən vitse-prezident Tahir Süleymanov bu gün ortaya çıxaraq palaz-palaz müsahibələr verir, milli-əxlaqi dəyərlərdən danışır. Amma hansı haqla?
Adam ən populyar idman nəşrimiz sayılan “Futbol+” qəzetinə müsahibə verərək deyir ki, xarici futbollara baxanda stadionda 50-60-70 min tamaşaçı görür, amma oralarda Lənkərandakı kimi hadisələr yaşanmır. Belə oyunları yalnız xalqın adını, Neft Şirkətinin isə pulunu xərcləyən “Neftçi”nin vitse-prezidenti izləmir. Milyonlarla futbol azarkeşi kimi elə mən də baxıram. Lakin hələ bircə dəfə də görməmişəm ki, klub rəsmisi hamının gözü qarşısında qonaq komandanın oyunçularını şillə-təpiyə qonaq etsin, futbolçu rəqibinə oyundan sonra şıllaq atsın.
Yalanın sərhədlərini çoxdan keçən Tahir Süleymanov deyir ki, onun da maaş aldığı klub həmişə ev sahibi kimi üzərinə düşən öhdəlikləri yerinə yetirir. Bu adam unudur ki, mayın 28-də baş verənlərə görə Respublika Prokurorluğunda cinayət işi açılıb.
Tahir Süleymanov guya Lənkəranda xəsarət alan əsgərlərin halına acıyaraq az qala gözyaşı tökür, amma unudur ki, timsahın göz yaşlarına indi heç kim inanmır. Mayın 28-də gülüm oğlan Güloğlan Cabbarovun vəhşicəsinə, erməni dəsti-xətti ilə döydüyü Kamran Abdullazadə də bir neçə aydan sonra əsgər paltarı geyinərək Vətəni qoruyacaq. İgid əsgərlərimizin sayəsində evində xorultu ilə rahat yatan Tahir Süleymanov Kamran Abdullazadənin valideynlərinin üzünə necə baxa biləcək?
Əli Neft Şirkətinin cibindən çıxan xalq komandasının vitse-prezidenti yeri gəldi-gəlmədi klubun prezidentini tərifləyir. Çox vaxt da aşırı dərəcədə yaltaqlanır, necə deyərlər. barıtını bir qədər çox edir. Sadıq Sadıqovu az qala “Futbol kralı” Pelenin məşqçisi, göyə ilk uçan Qaqarinin müəllimi sayır. Bu adamdan soruşmaq lazımdı ki, tez-tez rəqib klubların mətbəxinə niyə boylanırsan? Əgər sənin də maaş aldığın klubda hər şey belə yerindədisə, bəs niyə ötən bazar Lənkərandakı böyük oyunda klubunuzun futbolçuları hər dəqiqə hamilə qadınlar kimi yerə uzanıb niyə zarıyırdı? Əgər xalq bütün işini gücünü buraxıb yalnız “Neftçi”yə dua etməklə məşğuldursa, bəs niyə xalq komandasını böyük oyunda cəmi 50 azarkeş dəstəkləyirdi? Lap tutaq ki, azarkeşləriniz mayın 28-də baş verən vəhşilikdən sonra Lənkəran camaatının üzünə çıxmaqdan utanırdı, bəs Bakının mərkəzində keçirdiyiniz oyunlarda niyə tərəfdarlarınızın sayı heç min nəfəri keçmir?
O qədər də sadəlövh deyiləm. Bilirəm ki, bu adam suallara cavab verməmək üçün dağı arana, aranı dağa qatacaq. Köhnə adətidi, təki başa çəkməyə tuman olsun.
Nakam şairimiz Mikayıl Müşfiq deyirdi ki, adamın üzünə hayə gərəkdir. Tahir Süleymanov da adam olduğu üçün yəqin bu sözün ona da aidiyyəti var…

   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)