vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
SƏHİYYƏ, ORDU  
19:01 | 1 iyun 2017 | Cümə axşamı Məqaləyə 1309 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hamısı biznes maraqları güdür»

Baş endokrinoloq: «Xaricdən gələn həkimləri heç öz ölkələrində tanıyan yoxdur»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Xaricdən gələn həkimləri heç öz ölkələrində tanıyan yoxdur. Onlar yaxşı həkim olsa, öz ölkəsində qalıb işləyərlər». «Report» xəbər verir ki, bu fikir Azərbaycanın baş endokrinoloqu, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rafiq Məmmədhəsənova məxsusdur.

O bildirib ki, xaricdən gələn həkimlər bizim ölkəmizdə özlərini reklam edirlər: «Xəstələr də bu reklamı görüb onların yanına gedir. Sonradan isə səhhətlərində ciddi fəsadlar ortaya çxıır və bizim həkimlər onları müalicə etməli olurlar».

R.Məmmədhəsnov xaricdən gələn həkimlərin işinə irad tutaraq qeyd edib ki, onlar xroniki xarakter daşıyan xəstəlikdən əziyyət çəkən xəstələrə yalnış müalicə üsulu tədbiq edirlər: «Xaricdən gələn elə həkimlər var ki, hansısa dərmanı xəstəyə yazır və deyir ki, bunu qəbul et və bir həftəyə hiporteniya və ya şəkərli diabetdən azad olacaqsan. Təbii ki, onların hamısı biznes maraqları güdürlər ki, işlərini reklam edirlər. Həm də əhalinin maarifçilik səviyyəsinin bir az aşağı olmasından istifadə edirlər. Bu səbəbdən cərimələri daha da artırmaq lazımdır».