Ziya Məmmədovun «şöhrəti» Kanadada
Dünya Bankı keçmiş nazirin bağladığı iri müqaviləni yoxlamağa başladı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bretton Vudsa qayıtmağın vaxtıdır?
BRICS qrupu Qərb sistemin hiss olunan səhvlərini düzəltməyə çalışır
-
“Səs Fərhad Əhmədovundur”
Biznesmenin köməkçisi hər şeyi danışdı
-
... Ərzaq qıtlığı, qiymət artımları
2022-ci ilin əsas iqtisadi və sosial çətinliyi ...
-
157 giqavattlıq enerji
Xəzərdə külək elektrik stansiyalarının mümkün yerlərinin xəritəsi hazırlanıb
-
Dünyada ərzaq böhranı xəbərdarlığı
DB-nin hesabatında Ukraynada istehsalın 45 faiz azalacağı bildirilir
-
-4,5 faizlik “inkişaf”
Dünya Bankı: “İran iqtisadiyyatına görə Nikaraquadan sonra ən çox tənəzzül edən ölkədir”
-
Dövlət şirkətləri olan yerdə rəqabət ...
... Xidmətlərin keyfiyyətində isə zəmanət olmur
-
“Bağda ərik var idi...”
Eks-nazirlər mətbuatdan niyə qaçırlar?
-
Ziya Məmmədov ölkədən gedib?
Sabiq nazirin qardaşı danışdı
-
Məmmədovların yanan hoteli
Bakıdakı bir olayın mümkün pərdəarxası - təxribat, yoxsa...
-
Hər 100 nəfərdən 30-u yoxsuldur
Ermənistan iqtisadiyyatı çətin günlərini yaşayır
-
Nəhəng bankın qərarı «Bitcoin»i bahalşdırdı
Kriptovalyuta 1000 dollar dəyər qazanıb
-
«Daha çox dəstəyə ümid edirik»
Brok Birman: «ABŞ inkişaf sahəsində Azərbaycanla işləməyə sadiqdir»
-
Axına qarşı üzən «Bitcoin» ...
Batacaqmı, yoxsa sahilə çıxacaqmı?
-
«Od olmasa tüstü çıxmaz»
Ziya Məmmədovun və qohumlarının ziddiyyətli yanğın açıqlamaları
-
Buynuz fəlakəti
Ziya Məmmədovun malikanəsi yandı
Dünya Bankı «Azərbaycan Dəmir Yolları» ASC ilə Kanadanın qlobal «Bombardier» şirkəti arasında 2013-cü ildə bağlanmış və Bakı-Böyük Kəsik dəmir yolunun siqnalizasiya sisteminin qurulmasına dair müqaviləni yoxlamağa başlayıb.
Virtualaz.org xəbər verir ki, bu barədə Kanadanın «The Glob and Mail» qəzeti bildirir.
Dünya Bankının layihə ilə bağlı başlatdığı auditin məqsədi Kanada şirkəti ilə Azərbaycandan müqaviləni imzalayanlar arasında rüşvət sövdələşməsinə dair şübhələri aydınlaşdırmaqdır. Xatırladaq ki, 340 milyon dollarlıq həmin müqavilənin 85 faizini Dünya Bankı maliyyələşdirib. İsveç hüquq-mühafizə orqanları artıq bu müqavilədən on milyonlarla dollarlıq «otkat» alındığını müəyyən edərək «Bombardier» şirkətinin yerli törəmə şirkətinin rəhbər şəxslərini həbs edib.
Həmin müqavilə imzalanarkən «Azərbaycan Dəmir Yolları» ASC Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinin tərkibində idi, ASC-nin sədri vəzifəsini isə Arif Əsgərov yerinə yetirirdi.
Xəbərdə bildirilirdi ki, əgər Dünya Bankı «Bombardier»lə Azərbaycan məmurları arasında hansısa korrupsiya sövdələşməsini aşkar eləsə Kanada şirkəti Azərbaycan layihəsindən çıxarılacaq və bundan sonra Dünya Bankının maliyyələşdirdiyi hansısa layihədə iştirak edə bilməyəcək.
Dünya Bankı Azərbaycanda dəmir yollarının yenidən qurulması layihəsinin əsas kreditorudur.
Xatırladaq ki, Kanadanın qlobal miqyasda fəaliyyət göstərən «Bombardier» şirkətinin icraçı direktoru Pyer Boduen şirkətin son vaxtlar üzləşdiyi korrupsiya qalmaqallarına görə ötən ay vəzifəsindən istefa verib.