Merz ağladı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
16:17 | 13 aprel 2022 | Çərşənbə
Məqaləyə 1296 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Rusiyanın Ukraynaya qarşı müharibəsi dünyanı ərzaq böhranı həddinə yaxınlaşdırır, əsasən kənd təsərrüfatına söykənən Ukrayna iqtisadiyyatı isə çökür. Belə bir xəbərdarlıqla Avropa İttifaqı (Aİ) çıxış edib.
Dünya Bankı (DB) bu il Ukrayna iqtisadiyyatının yarıyadək azalacağını bildirib. Bundan bir gün sonra – aprelin 11-də isə Aİ-nin aparıcı diplomatı deyib ki, Rusiyanın tarlaları bombalaması, buğda dolu gəmilərə limanlardan çıxmağa imkan verməməsi ölkə sərhədlərindən kənara təhdid yaradır. Bu həm də qlobal iqtisadiyyatın koronavirus pandemiyasından dirçəlməyə çalışdığı bir məqamda baş verir.
***
“Onlar qıtlığa səbəb olurlar. Ukraynanın şəhərlərini bombalayırlar və dünyada aclıq yaradırlar”, – Cozep Borrel Luksemburda Aİ xarici işlər nazirləri ilə görüşdən sonra jurnalistlərə deyib.
Dünya Bankı isə aprelin 10-da yaydığı hesabatında qeyd edir ki, Ukraynada istehsalın həcmi 45 faiz azalacaq, ölkədə iqtisadi azalmanın yekun miqyası “müharibənin müddəti və intensivliyindən” asılı olacaq.
“Rusiyanın işğalı Ukrayna iqtisadiyyatına, infrastruktura böyük zərbə vurur”, – Dünya Bankının Avropa və Orta Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde söyləyib.
Fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib, iqtisadiyyatı dünyanın böyük hissəsindən diplomatik və iqtisadi baxımdan təcrid olunub.
***
Dünya Bankı Rusiya iqtisadiyyatının bu il 11 faiz azalacağını proqnozlaşdırır.
Rusiya Ukraynanın Azov dənizi sahilindəki Mariupol liman şəhərini dağıdıb, bir sıra böyük şəhərlərdə, o cümlədən əhalisinə görə ikinci böyük şəhər Xarkovda dağıntılar törədib.
Aeroportlar, dəmiryolları bombalanır, bir çox körpülər dağıdılıb ki, bütün bunlar Ukrayna iqtisadiyyatına uzunmüddətli ziyan vurub.
***
10 milyondan çox ukraynalının, yaxud əhalinin dörddə birinin evlərindən didərgin düşdüyü bildirilir. Onlardan 4 milyondan çoxu başqa ölkələrdə sığınacaq axtarır.
Byerde bütün bunların təsirlərinin regiondan kənarda, planetin hər bir yerində hiss olunacağını, Rusiya və Ukraynanın birlikdə dünyada buğda ixracının 25 faizindən çoxunu verdiyini vurğulayıb.