vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
02:28 | 4 iyun 2022 | Şənbə Məqaləyə 1503 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

157 giqavattlıq enerji

Xəzərdə külək elektrik stansiyalarının mümkün yerlərinin xəritəsi hazırlanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya Bankı (DB) Xəzər dənizinin Azərbaycan sektorunda külək elektrik stansiyalarının mümkün yerlərinin xəritəsini hazırlayıb.

Bunu Dünya Bankının (DB) bərpa olunan enerji üzrə baş mütəxəssisi Şon Uittaker Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

“Bu xəritədə, həmçinin, küləyin sürəti və elektrik enerjisi istehsalının proqnozu, daşınma imkanları və bir sıra digər meyarlar haqqında məlumatlar əks olunub”, - deyə o bildirib.

Mütəxəssis vurğulayıb ki, bundan sonra infrastrukturun modernləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübənin tətbiqi və maliyyə vəsaitlərinin cəlb edilməsi istiqamətində işlər görülməlidir.

Ş.Uittaker qeyd edib ki, Azərbaycanın külək enerjisi istehsal gücü 157 giqavatt səviyyəsində qiymətləndirilir.

Onun sözlərinə görə, külək stansiyalarının layihələndirilməsi, quraşdırılması və istismarı prosesi çox mürəkkəbdir, lakin yol xəritəsində dənizdə külək enerjisinin potensialını reallaşdırmaq üçün görülməli olan tədbirlər öz əksini tapıb. (“Trend”)