
44 günlük müharibənin 4 nəticəsi var
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Paşinyan: “Eyni anda həm iki quruma üzvlüyün mümkün olmadığını bilirik”
... və ya “dil pəhləvan”ın yeni macəraları
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Ermənistan isə İranı “Tramp Yolu”na döndərməyə çalışır
Ermənistan baş naziri dövlətinin 200 illik doktrinasından imtina edə biləcəkmi?
Azərbaycanla Ermənistan arasında müqavilə ABŞ-da imzalana bilər
Prezident İlham Əliyevin aforizmə çevrilən ifadəsi – ...
Sənəddə erməni xalqının günahı mütləq qeyd olunmalıdır...
Dünya Bankı göstəricilərindən toplanmış məlumatlara görə, Ermənistanda yoxsulluq səviyyəsi 2008-ci ildən bəri 2 faiz artaraq təxminən 30 faizə çatıb. Yəni ölkədəki 100 nəfərdən 30-u yoxsuldur.
Ermənistanda işsizlik nisbətləri 2008-dən bəri 16 faiz ilə 19 faiz arasında dəyişir. Ötən il rəsmi işsizlik nisbəti 17,7 faiz olaraq müəyyən edilib. Dünya Bankının məlumatlarına görə, ölkə əhalisinin təxminən 30 faizi yoxsulluq səviyyəsində yaşayır.
Təxminən üç milyon əhaliyə malik olan Ermənistan iqtisadiyyatı 2017-ci ildə 7,5 faiz artıb, bu il isə 4,5 faizlik bir artım gözlənilir. İqtisadçılar isə bu inkişafın əhatəli olmadığı qənaətindədir.
Dünya Bankına görə, ölkənin milli gəliri ötən il 11,6 milyard dollara çatıb, adambaşına milli gəlir 3 min 813 dollar olub. Adam başına düşən milli gəlir 2008-də 4 min 10 dollar idi. Ölkədəki minimum əmək haqqı isə 55 min Ermənistan Dramıdır (115 dollar).
Ermənistan iqtisadiyyatı Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının kreditlərinə və Rusiyanın yardımlarına böyük miqyasda asılıdır. Ölkənin enerji sektoru Rusiya tərəfindən idarə olunur.
Digər tərəfdən, ölkənin xarici borcu bu ilin fevral ayında 5,6 milyard dollar olarkən, bu miqdar ÜDM-nin təxminən yarısına təsadüf edir.
Ölkə rəhbərliyi BVF və Dünya Bankı kimi beynəlxalq iqtisadi təşkilatlardan kredit alaraq iqtisadiyyatı tarazlıqda saxlamağa çalışarkən, ölkə xaricində yaşayan diaspor da iqtisadiyyat üçün yardımlar edir.
Ölkənin əsas xarici ticarət tərəfdaşları, İran, Rusiya, Avropa İttifaqı ölkələri, Gürcüstan, Çin və Ukraynadır.
Ermənistanın Baş Naziri Serj Sərkisyan etirazlar səbəbindən dünən istefa vermişdir. Sərkisyan, “Küçələrdəki etirazçılar mənim baş nazir olmağımı istəmir. Tələbinizi yerinə yetirirəm. Sizə son dəfə baş nazir kimi müraciət edirəm. Paşinyan haqlı idi. Yanılmışam. Baş nazir vəzifəsindən istefa verirəm”, deyərək istefa verdiyini açıqlamışdı.