vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
SAĞLAMLIQ  
21:56 | 14 iyun 2017 | Çərşənbə Məqaləyə 2727 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Köhnədə dərdə dərman olan təzə dərd

Günə bir aspirin - faydalıdır, ya təhlükəli?

«The Telegraph» yazır ki, günə bir aspirin qəbul etmək indiyədək düşünüldüyündən daha böyük fəsadlara yol açırmış.

Məqalədə deyilir ki, milyonlarla pensiyaçının infarkt və iflicin qarşısını almaq üçün qandurulducu kimi qəbul etdiyi bu preparat başqa problemlər yarada bilər.

«Oxford» Universitetində aparılmış bir araşdırma göstərib ki, yaşı 75-i keçənlər üçün günə bir aspirin həbinin qəbulu, daha cavan pasientlərlə müqayisədə 10 dəfə artıq ölümcül qanaxma təhlükəsi yaradır.

Lakin alimlər deyirlər ki, artıq infarkt keçirmiş pasientlər aspirinin qəbulunu davan etdirməlidirlər.

Ekspertlər ümumilikdə milyonlarla pensiyaçını mümkün qədər dərmanlarsız ötüşməyə çağırırlar.

Bununla belə, hər hansı dərmanın qəbulu yalnız həkim məsləhətindən sonra dayandırıla bilər.

Britaniyada pensiyaçıların 40 faizi günə bir aspirin qəbul edir. Bunların təxminən yarısı artıq infarkt keçirib.