Müsəlləh əsgərəm mən də ...
Müharibə başlasa, deputatlar döyüşə gedəcəkmi...?
Mirmahmud KAZIMOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Büdcə icrasının müzakirələri
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
-
Ali təhsil 3 ilə endirilə bilər
Bütün universitetlərin yataqxanası olmalıdır
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
MM-də yeni təyinat
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
MM-də islahatlar
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
-
Yeni spiker kimdir?
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
-
“Vəziyyət həqiqətən bərbaddır”
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
Azərbaycan uzun illərdir Ermənistanla müharibə şəraitində yaşayır. Azərbaycan Respublikasının 20 faiz torpağı erməni işğalı altındadır. Torpaqların işğaldan azad edilməsi üçün müxtəlif beynəlxalq təşkilatların apardığı sülh danışıqları artıq heç bir işə yaramır.
Son vaxtlar ermənilərin təxribatlarının sayı da artıb. Ordumuz isə düşmənin belə təxribatlarına hər zaman layiqli cavab verir. Bu da müharibənin hər zaman başlayacağına bir işarədir.
Bəs müharibə başlayacağı təqdirdə Milli Məclisin gənc deputatları döyüşlərdə iştirak edəcəklərmi?
Modern.az saytı bir neçə deputatın fikrini öyrənib.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov deyib ki, Azərbaycan ordusu bu gün dünyanın ən güclülərindədir.
«Biz torpaqlarımızı ilk növbədə sülh yolu ilə geri qaytarmaq istəyirik. Əminəm ki, əgər torpaqlarımız sülh yolu ilə düşməndən azad edilməsə, hərbi yolla ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu etməyə bizim ordumuzun hərbi qüdrəti var. Ermənilər «Aprel döyüşləri» zamanı ordumuzun nəyə qadir olduğunu yaxşı gördülər. Hələ «Aprel döyüşləri» zamanı on minlərlə könüllü ordumuzun sırasına qatılmaq istəyirdi. Bunun üçün müstəqil şəkildə ərizələr yazırdılar, Müdafiə Nazirliyinin rəhbərliyinə müraciətlər edirdilər. Amma ordumuzda kifayət qədər kadr potensialı olduğundan buna ehtiyac duyulmadı. Əlbəttə ki, mən də deputat olmaqla yanaşı, Azərbaycan vətəndaşıyam. Hər bir vətəndaş kimi mən də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparmağa hazıram. Müharibə baş verdiyi təqdirdə mən də bir əsgər kimi döyüşlərdə iştirak edərəm».
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Kamran Nəbizadə bildirib ki, əgər bu dəqiqə Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkə prezidenti İlham Əliyev müharibənin başlanmasını əmr etsə, o da bir vətəndaş kimi cəbhəyə yollanar.
«Vətən uğrunda döyüşmək hər bir vətəndaşın müqəddəs borcudur. Müharibə başlayacağı təqdirdə bir insan kimi üzərinə düşən borcu yerinə yetirməyə çalışacam. Bizim ordumuz çox güclüdür və torpaqlarımızı işğaldan azad etmək üçün nəinki deputatlara, ümumilikdə könüllülərə ehtiyac qalmayacaq. Necə ki, «Aprel döyüşləri»ndə ordumuz ermənilərə layiqli dərs verdi. Hər zaman da döyüşə hazır vəziyyətdə olduğunu göstərdi».
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov deyib ki, qanun qarşısında hamı bərabərdir.
"Hər bir Azərbaycan vətəndaşı kimliyindən, vəzifəsindən asılı olmayaraq vətən qarşısında olan borcunu yerinə yetirməlidir. Siravi vətəndaşdan tutmuş deputata, nazirə kimi hər bir şəxs vətən qarşısında üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Ölkə prezidenti İlham Əliyev dəfələrlə deyib ki, əgər sülh danışıqları nəticə verməsə, Azərbaycan ordusu öz torpaqlarını müharibə yolu ilə almağa hər an hazırdır və buna qadirdir. Ermənilərin daim sülh danışıqları prosesindən qaçır və bu prosesi illərdir uzadır. Bu məsələni də Azərbaycan tərəfi qəbul etmir və status-kvonun dəyişdirilməli olduğunu hər zaman bəyan edir. Azərbaycan tərəfinin mövqeyi konkret bəllidir. Amma istənilən halda Ali Baş Komandanın elan etdiyi kimi, Azərbaycan ordusu Ermənistanın bütün həmlələrini dəf etməyə, eləcə də cavab həmləsi yetirməyə daim hazırdır. «Aprel hadisələri» bunu bir daha sübut etdi. Mən də bir Azərbaycan vətəndaşı və deputat kimi ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsi üçün müharibədə iştirak etməyə hər an hazıram».