“Football Meets Data”nın “Qalatasaray” təxmini
İlk 8-ə düşmək möcüzə olar
15:28 | 24 avqust 2017 | Cümə axşamı
Məqaləyə 4424 dəfə baxılıb
Şriftin ölçüsü
İlk 8-ə düşmək möcüzə olar
“Football Meets Data”nın Ağdam klubunun ÇL-dəki çıxışını dəyərləndirib
Naşükür izləyicilərə tərs sillə
Bilbao səfərinə sözardı
Türk dilli ölkələrin klubları ilk 24-də düşə biləcəkmi
Soyuq başla analiz etmək lazımdır
5 dəqiqə kabusu ilə üzləşən Azərbaycan komandası ÇL-də rekorda imza atdı
Çempionlar Liqasının yayımlamaq tenderini yenidən araşdırır
Mümkündür, amma inanmıram
... Yaxud “Qarabağ” futbol sistemi
“Qarabağ”ın rəqibləri bəlli oldu
Bu dəfə qalib kimliyimizin nümayişi olacaq
Qarabağ Çempionlar Liqasının qrup mərhələsinə qatılmağı təmin etdi
Legioner hücumçusuz “Qarabağ” və ...
“Şkendiya”nın ilk qolu “Qarabağ”ı ayıltdı
“Qarabağ” minimumu təmin etdi
Kosmopolitizm çox ülvi dəyər. Bu ideya tarixin dərinliklərindən gəlir. Səhv eləməsəm, antik yunan fəlsəfəsindən – kiniklərdən, stoiklərdən. «Mən dünya vətəndaşıyam» deyən Aristippin, Diogenin zamanından min illər keçib, amma bu ideya dünyaya zərrəcə fayda verməyib. Çün cəfəngiyyatdı, çün işlək ideya deyil. Belə sərsəm ideyalarla insan nə özünü, nə də dünyanı dəyişmək gücündə. İstəsək də, istəməsək də, bu gərdişi-dövran milli fərqlərlə, milli sərhədlərlə qurulmuş.
Hə, bəşəri-ilahi duyğuların dərinliyində olmalarına rəğmən Sokrat da, Freyd də, Svayq da, Mayakovski də, Apoliner də, Dostoyevski də, Meterlink də, Şou da... məhz bu elmentar həqiqəti dərk edərək hətta müharibələri can-başla qəbul ediblər. Bu elementar reallığı anladıqlarına görə ali hisslərin ucalığında olan düşüncə adamlarının tam əksəriyyəti əllərinə silah alaraq vuruşub, öldürüb, ölüb.
Milli hiss (bizdə azərbaycançılıq) qaçılmaz hissdir.
Şəxsi həyatımızda da bəzən sevinc epizodları, uduş halları olur: kimsə maşın alır, kiminsə lotereyası udur... Amma şəxsi sevinci milli sevinc kimi möhtəşəm yaşamaq alınmaz. Milli sevincin dəhşətli sehri var - o, 60-70 illik insan ömrünün faniliyindən fərqli olaraq, neçə əsrlik tarixi qədimliklə bütövləşdiyinə görə belə ali olur. Bir var öz ömrünün 50 il gerisindən start götürüb qələbə finişinə çatırsan, bir də var neçə əsrlik qədimlikdən başlayır bu marofon. Uzun yolun çatdığı mənzillər daha mübarəkdi - milli sevincin böyüklüyünün sirri burdadı həm də.
«Qarabağ» var olsun!