vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ATLETİKA  
14:11 | 31 iyul 2012 | Çərşənbə axşamı Məqaləyə 2461 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İlk medalımızı qazandıq

Valentin Xristov Olimpiadada bürünc medala sahibləndi

MÖVZU İLƏ ƏLAQƏLİ

Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında ağır atletlərimiz mübarizəyə qoşulub. İlk olaraq körpücük üzərinə Valentin Xristov çıxıb. 56 kq çəki dərəcəsində mübarizə aparan gənc atletimiz uğurla çıxış edərək adını idman tariximizə yazdırıb. O, bürünc medala sahib çıxaraq müstəqil Azərbaycan Respublikası tarixində ağır atletlər arasında Olimpiya medalı qazanan ilk idmançı olub. Onun toplamdakı 289 kq-lıq nəticəsi ona bu möhtəşəm nəticəni əldə etmək imkanı yaradıb.

Valentin birdən qaldırma hərəkətində əvvəlcə 123, sonra isə 127 kq-ı başı üzərinə qaldırdı. Üçüncü cəhdində sifariş verdiyi 130 kq-ı ram edə bilmədiyindən bu hərəkətdə 4-cü pillədə qərarlaşdı.
Təkanla qaldırma hərəkəti bizim üçün daha uğurlu alındı. Gənc atletimiz əvvəlcə 154 kq-ı rahat qaldırdı. Daha sonra 158 kq-a gücü çatmayan Xristov, ruhdan düşmədi və 159 kq sifariş verdi. Bu çəkini qaldırmağı bacaran 18 yaşlı idmançımız bürünc medalı qazandı. Toplamda əldə etdiyi 286 kq-lıq nəticə, Azərbaycan Ağır Atletika tarixində yeni bir tarixin yazılması demək oldu.
Onu da vurğulamaq vacibdir ki, Xristovun çıxışını Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyev də tribunadan izləyib.