41 iribuynuzlu mal-qara tələf oldu
Baytarlıq preparatları Ağdaşa ciddi ziyan vurub
MÖVZU İLƏ ƏLAQƏLİ
-
FHN-də həyəcan
Rayonlarda həyat iflic oldu
-
Nurçular Osmanlının evində yığışır
Z.Məmmədovun Göyçaydakı evindən kitabxana çıxdı
-
«Əşi nə nurçu?»
Deputatın icra başçısının müavini olan atası evlərinin şəklini çəkəni söydü
-
Ehtiyatlı olun!
Ölkədə saxta pullar
Ağdaşda iribuynuzlu heyvanlar kütləvi şəkildə tələf olub. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə səhər saatlarında rayonun Yenicə kəndində baş verib.
Kənd sakini Pərviz Əli oğlu Hüseynova məxsus mal-qara səhər örüşə aparılan zaman naməlum səbəbdən 41 baş iribuynuzlu inək yolun ortasında tələf olub. Kənd sakinləri hadisənin gigiyenik profilaktika üçün nəzərdə tutulan baytarlıq preparatlarından qaynaqlandığını bildirirlər. Axşamdan heyvanlara tətbiq olunmuş dərmanlar səhər onların tələfatına gətib çıxarıb.
Hadisə yerinə Ağdaş Baytarlıq İdarəsinin iki əməkdaşı cəlb olunub. Mütəxəssislər heyvanların qəfil ölümünün səbəbini öyrənmək və ağır vəziyyətdə olan malları xilas etməyə çalışırlar.
Faktla bağlı araşdırma aparılır.