Şübhələnibmiş...
Mehman Əliyev gizli lent yazısından danışdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
Bu gün ölkənin bir sıra aparıcı qəzet və saytlarına [email protected] ünvanından audioyazı daxil olub. musavat.com-un sayt üzərində göstərilən ünvanına da 11.06 radələrində belə bir yazının daxil olduğu qeydə alınıb.
- Mehman bəy, adınız keçən telefon zəngi gerçəkdən olubmu?
- Bəli. Dekabrın 29-da axşam saat 10-da mənə belə bir zəng gəlib. Dedilər ki, ATƏT-dən mənimlə danışmaq istəyən var. Mən də “buyurun” dedim. Həmin şəxs birdən-birə başladı ki, ATƏT-in Vilnüs sammitində iştirak edib, orada görüşlər keçirib, artıq Ukraynada hakimiyyətin dəyişməsi ilə bağlı qərar verilib. Azərbaycanla bağlı hələlik belə bir qərar yoxdur. Ancaq narahatlıq var. Narahatlıq da ondan ibarətdir ki, əgər Azərbaycanda qarışıqlıq olsa, islamçılar aktivlik göstərə bilər. Proses Suriya variantı üzrə davam edə bilər. Ona görə də Qərb Azərbaycanda inqilabı şərait yaranmasını ümumiyyətlə istəmir. Qərb istəyir ki, Azərbaycanda demokratiyaya keçidi, vətəndaş cəmiyyətinin güclənməsi ilə həyata keçirsin. Mən soruşdum ki, məndən istəyiniz nədir? Cavab verdi ki, qrant veriləcək; qeyri-hökumət təşkilatlarının siyahısını müəyyən etmək istəyirlər. Mən belə başa düşdüm ki, söhbət daha çox Qərb dəyərlərinin Azərbaycana gətirilməsindən, eləcə də maariflənmə işinin sürətlənməsindən, qərbyönümlü təbəqəni gücləndirməkdən gedir. Əslində belə bir məsələ ilə bağlı mənə müraciət edilməsi mənim üçün gözlənilməz idi. Telefon söhbətindən də görünür ki, mən az danışıram və daha çox dinləyirəm. Çünki qarşı tərəf danışdıqca mən durumu əlüstü təhlil etdim və bəzi şübhələrim yarandı. Mənimlə indiyə qədər heç vaxt heç kəs belə söhbətlər aparmadığına görə bu durum ürəyimcə olmadı. Eyni zamanda düşündüm ki, əgər mənim hansısa məsləhətimə ehtiyac duyulurdusa, Bakı ofisinin nümayəndələri mənimlə görüşə bilərdilər. Ancaq Bakı ofisindən heç vaxt belə bir təklif almamışam. Ona görə də artıq söhbəti davam etdirmək istəmədim. Ondan sonra da mənə heç bir zəng olmayıb.
- Mehman bəy, siz ümumiyyətlə aydınlaşdırmağa çalışdınız ki, sizinlə telefonda danışan kimdir?
- Yox, mən ümumiyyətlə bu söhbətə qayıtmadım. Dediyim kimi, bu söhbət mənə qəribə və müəmmalı göründü. Bu gün də aydın oldu ki, şübhələrim əsassız deyilmiş. Yaranan situasiya onu da təsdiq edir ki, əgər bu telefon söhbəti yazılırsa, deməli istənilən danışıqları yaza bilərlər.
- Siz bu səs yazısının indiki məqamda ictimailəşdirməsi faktını necə qiymətləndirirsiniz? Məqsəd nə ola bilər?
- Söhbət birmənalı olaraq Ukrayna ilə bağlıdır. Göründüyü kimi, Kiyevdə hakimiyyətlə xalq arasında ciddi qarşıdurma yaranıb. Viktor Yanukoviçi artıq hakimiyyətdən kənarlaşdırmaq məsələsi gündəmdədir. Hansısa qüvvələr göstərmək istəyir ki, Kiyevdə, ümumiyyətlə Ukraynadakı qarışıqlığın arxasında Qərb, ABŞ dayanır. Sübut kimi də bu telefon danışığını göstərəcəklər. Əminəm ki, bu məsələ Ukraynada da çox hallandırılacaq, hakimiyyət tərəfdarları bildirəcək ki, Kiyevdəki iğtişaşlarda Vaşinqtonun istəyi və əli var. Təbii, bu məsələdə Azərbaycana yönəlik məqamlar da var. Bu danışığı Qərbin Azərbaycanda müəyyən planları olması kimi təqdim etmək cəhdləri də olacaq.
- Bu olayı Milli Şuraya qarşı çevirmək cəhdləri olacaqmı, sizcə?
- Mən deməzdim ki, bu fakt konkret Milli Şuraya qarşı təxribatdır. Ancaq aydındır ki, konkret bir qüvvə Milli Şuranı Azərbaycandan kənar qüvvələrin təsiri altında olan bir qurum kimi təqdim etmək istəyir. Cəmiyyətə deyə bilərlər ki, görürsünüzmü, Milli Şurada təmsil olunanlar Qərblə birləşib Azərbaycanda qarışıqlıq yaratmaq, hakimiyyəti devirmək istəyirlər. Təbii, bu iddia reallıqdan xeyli uzaqdır. Kobud desək - Azərbaycan təşkilatlarına ayrılan qrantlarda kimisə devirmək məqsədi qoyulmur. Məqsəd cəmiyyət üzvlərinin maarifləndirilməsi, inkişafı, əsasən də hüququ savadının artırılması məqsədi daşıyır. Heç kəs gizlətmir ki, Qərb Azərbaycanda normal vətəndaş cəmiyyətinin inkişafında maraqlıdır. Qərblə ən ciddi əməkdaşlıq edən isə Azərbaycan hakimiyyətidir. Qərbin demək olar bütün institutları hakimiyyətlə ciddi işbirliyindədir. Avropa Birliyinin, Avropa Şurasının, ATƏT-in layihələrinin çoxunu hakimiyyət həyata keçirir. ASAN xidmət layihəsinə qədər bir çox iri layihələrin müəllifi məhz Qərbdir. Yəni təkamül yolu ilə durumu dəyişmək üçün səylər var. Mən də bu prosesin iştirakçısıyam. Burada gizlətməli, ya da qanunsuz heç bir məqam yoxdur.