
Mərkəzi Asiyada riyaziyyat yarışları niyə artır?
“Olimpiadalar insan kapitalının keyfiyyətini yüksəltməklə inkişafa təkan verir”
“Olimpiadalar insan kapitalının keyfiyyətini yüksəltməklə inkişafa təkan verir”
Xəzərin dibi ilə çəkiləcək internet kabeli layihəsinə start verilir
Qəfil peyda olub, öz-özünə yox olan bəlası
2 uşaq ölüb
Qonşularının müstəqilliyinə məhəl qoymayan Rusiya ondan icazəsiz atılan hər addım “Qərbin sui-qəsdi” kimi dəyərləndirilir
Ərazidəki insanlar sərxoş olub yatırlar
Ölkə başçısı AES tikintisi üçün xalqın razılığını istəyir
İkinci Dünya Müharibəsindən sonra yaşanan ilk kansleri üzüb: “Bizim üçün də ağrılıdır”
Caparov qardaşı qızının nişanlısını həbsxanaya salıb
“Astana Opera”nın Bakıya qastrolu
İki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə ...
Azərbaycan Prezidenti Qazaxıstanlı həmkarına məktub göndərib
“Ədalətli Qazaxıstan – hamı və hər kəs üçün” şüarıyla ...
Qazaxıstan prezidenti səslərin beşdə birindən çoxunu qazanıb
Vaşinqtonun nəzəri Mərkəzi Asiyadadır
Tokayev hərbi doktrinanı da dəyişdirib
Qırğızıstanda oktyabrın 15-də keçirilən prezident seçkisinin ilkin nəticələrinə görə, Sooronbay Jeenbekov səslərin 54 faizini toplayıb. O, indiki prezident Almazbek Atambayevin siyasi müttəfiqidir.
Görünür, seçkinin ikinci raunduna ehtiyac qalmayacaq.
Mərkəzi Seçki Komissiyası bildirir ki, bülletenlərin 97 faizi sayılıb. Jeenbekovun əsas rəqibi olan Omurbek Babanov 34 faizdən azacıq az səs toplayıb.
Seçicilərin 50 faizinin səsvermədə iştirak etdiyi bildirilir.
Ümumilikdə, seçkiyə 11 namizəd getmişdi. Əsas üç namizəd olan Babanov, Jeenbekov və Temir Sariyev Atambayevin dövründə baş nazir olublar.
İlkin nəticələr açıqlanandan az sonra çıxış edən Jeenbekov deyib ki, əsas işi ölkədə əldə olunan uğurları qoruyub saxlamaq, möhkəmləndirmək olacaq.
***
Qırğızıstan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, hökumətyönlü namizəd S.Jeenbekov öndədir.
Ona 729 min seçici səs verib.
İkinci yerdə biznesmen Babanovdur. Onu 458 min seçici dəstəkləyib.
Sonrakı yerlərdə «Bütün Qırğızıstan» partiyasının lideri Adaxan Madumarov və «Ak Şumkar» partiyasının sədri Temir Sariyev qərarlaşıb.
Səslərin sayılması davam edir.
Namizədlər haqda aşağıda ətraflı oxu.
***
Bu gün - oktyabrın 15-də Qırğızıstanda prezident seçkiləri keçirilir.
Əgər baş tutarsa, bu, SSRİ dağılandan bəri Orta Asiyada hakimiyyətin xalq səsverməsi ilə seçilmiş bir şəxsdən digərinə dinc şəkildə keçməsinə ilk nümunə olacaq.
Seçki kampaniyası dövründəki qara piara, həbslərə və yüksək çinli məmurların öz səlahiyyətlərindən sui-istifadəsi iddialarına baxmayaraq, seçki normal keçərsə, bu, Qırğızıstanın despotik liderlərin at oynatdığı Orta Asiyada «azadlıq adası» imicini gücləndirəcək.
Səsvermə Bakı vaxtilə axşam 18 00-da yekunlaşacaq. İlkin nəticələrin bundan 2 saat sonra elan ediləcəyi gözlənir.
Mərkəzi Seçki Komissiyası indiyəcən seçicilərin təxminən 40 faizdən çoxunun səs verdiyi açıqlayıb.
Seçkidə 11 namizəd iştirak edir. Onlardan biri qadındır.
İndiki prezident Almazbek Atambayev ikinci dəfə namizədliyini irəli sürə bilməz. Konstitusiya bir nəfərə yalnız bir dəfə - 6 illiyinə prezident olmağa imkan verir.
Namizədlərdən üçü - Omurbek Babanov, Temir Sariyev və Sooronbay Jeenbekov indiki prezidentin dövründə müxtəlif vaxtlarda baş nazir postunu tutublar.
Əsas rəqabətin iki namizəd - Atambayevin 58 yaşlı müttəfiqi Jeenbekov və zəngin biznesmen Babanov arasında gedəcəyi gözlənir.
Rəy sorğularda onların heç birinin mütləq üstünlüyə malik olmadığı görünür. Demokratiya və Mülki Cəmiyyət uğrunda QHT koalisiyasının sentyabrda keçirdiyi rəy sorğusu Jeenbekovun 41, Babanovun isə 39 faizlik seçici dəstəyinə malik olduğunu göstərmişdi.
Buna baxmayaraq, oktyabrın 15-də Bişkəkdə səs verən Babanov bildirib ki, «Qırğızıstanın növbəti prezidenti olacağına tam əmindir».
Jeenbekov isə seçki məntəqəsində jurnalistlərə deyib ki, indiki prezidentin siyasətini davam etdirəcək: «İndiyəcən əldə edilən uğurları bir az da möhkəmləndirəcəm, yeni islahatlar aparacam».
Seçkidən sonra gərginlik ola biləcəyi haqda ehtimallara toxunan başqa bir namizəd Sariyev deyib ki, «heç bir gərginlik olmamalı, seçki bu gecə bitməlidir».
Prezident Atambayev isə bildirib ki, «gərginlik yarada biləcək şəxslər» həbs olunub ki, «bizim bayramımızı poza bilməsinlər».
Müxalifət liderlərindən olan - Ata Meken Partiyasının sədri Omurbek Tekebayev bu ilin avqustunda həbs edilib.
Bundan başqa hökumət biznesmen Babanovu seçicilərin səsini pulla almaq cəhdində ittiham edib.
Onun yaxın adamlarından biri ötən ay həbs edilib. Hüquq-mühafizə orqanları onu seçki dövründə «dövlət çevrilişi təşkil etmək cəhdi»ndə suçlayıblar.
Babanov ittihamları rədd edərək hökuməti inzibati resurslardan Jeenbekovun xeyrinə istifadə etməkdə günahlandırıb.
Bundan başqa qonşu Qazaxıstanın prezidenti gözlənilmədən Babanovu dəstəkləyib.
Bu, hazırkı prezident Atambayevi hiddətləndirib. O, Qazaxıstanın «korrupsiyalaşmış sultanlar» tərəfindən idarə edildiyini bildirib.