QİÇS Rusiyada nəzarətdən çıxır
Hökumət isə belə bir problemin olduğunu qəbul etmək istəmir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ucuz HİV dərmanı üçün kampaniya
Maya dəyəri 68 manat ola bilər
-
Rusiya Bakıda verdiyi sözü 3 gün sonra pozdu
Qarabağda müharibə başlayır?
-
Putinin ciddi problemləri
Postsovet məkanındakı canlanma nələrə işarədir?
-
Üç Vladimirin davası
Doğrudanmı Zelenskinin bu qələbəsi də təsadüfdür?...
-
İldırımsürətli savaş planı
Türkiyədəki azərbaycanlı politoloqdan sensasion təklif: “Ermənistan, faktiki, müttəfiqsiz qalıb...”
-
“Böyük biabırçılıqdır”
Rusiyadan Putinin “Rustavi 2” telekanalında təhqir edilməsinə reaksiya
-
Müraciətin gücü
Saakaşvilinin çağırışı gürcü polisini hərəkətləndirdi
-
“Azərbaycana verməyə hazırlaşmırıq”
Çavuşoğludan “S-400” açıqlaması ...
-
ABŞ-da məhşər günü
Tramp Putinə işləyir, ya yox?
-
Separatizmə dəstəyə yox!
Rusiya Azərbaycanla hansı sazişi imzalamaqdan çəkinir?
-
Krımın işğalı nələri dəyişdi?
Rusiyanın siyasətində separatizmə dəstəyin davam edəcəyi sübut olundu
-
“Başdan-ayağa şüar yığını”
Rusiya ekspertləri Vladimir Putinin 2019-cu il ismarıcını analiz edirlər
-
Boltonun zəngi...
Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünümü yaxınlaşdırır?
-
Azərbaycanda Krımı Rusiya ərazisi kimi göstərən mallar satılır
Bu ilhaqa haqq qazandırmaq deməkdir
-
Azov yeni müharibəyə səbəb olacaqmı?
“Son təxribatının” arxasında dayanan güclər ...
-
“Onlarda alınmayacaq”
Putin Zaxarçenkonu öldürənləri hədələdi
İsveçrənin «Neue Zuercher Zeitung» qəzetinin yazarı İvo Miynsen hər gün Rusiyada 80 insanın QİÇS-dən vəfat etdiyini yazıb. Jurnalistin fikrincə, bu, Rusiyanın səhiyyə sisteminin bərbad vəziyyətdə olması, həmçinin Yer kürəsinin bu amansız epidemiyası ilə mübarizədə siyasi iradənin yetərsizliyi ilə bağlıdır.
Məqalə müəllifi QİÇS-in bir tək Rusiya və MDB məkanında hələ də qarşısıalınmaz problem olduğuna diqqət çəkib. Bundan başqa, bir çox inkişaf etmiş ölkələrdən fərqli olaraq, Rusiyada vəziyyətin nəzarətdən çıxaraq fəlakət dərəcəsinə gəlib çatdığı vurğulanır.
«Siyasi etinasızlıq, səhiyyədəki problemlər, bu tip xəstələrə qarşı qərəzli münasibət, habelə, cəmiyyət tərəfindən təcrid olunma işi bu hala gətirib çatdırıb», - yazıda bildirilir.
Məqalə müəllifinin məsələ ilə bağlı gətirdiyi rəqəmlər həqiqətən olduqca acınacaqlıdır: «Rusiyada əhalinin 1 faizi QİÇS-ə yoluxub. Bu bir milyon adamdan çox deməkdir.(!). 2017-ci ilin ilk yarısında QİÇS-dən 14631 adam ölüb. Bu, keçən ilin bütün dövründə eyni xəstəlikdən ölənlərin sayından 14 faiz çoxdur. İnsanların bu cür sürətlə ölməsinə əsas səbəb onların vaxtında dərmanla təmin olunmaması və ya həkim tövsiyələrinə qulaq asmamalarıdır».
Rusiyada fəaliyyət göstərən «SPİDSENTR» saytının direktoru Yelena Doljenkonun verdiyi məlumata görə, cəmiyyət içində bu tip xəstələrə olduqca «pis gözlə» baxılır: «Rusiyada hələ də QİÇS-in narkomanların və homoseksualların xəstəliyi olduğu sanılır. Halbuki QİÇS xəstələrinin 40 faizi düzgün cinsi oriyentasiyaya malik adamlardır. Təxminən 50-55 faiz narkotiklərdən istifadə edənlər və cəmi 2 faiz homoseksuallar bu xəstəliyin statistik tərkibini göstərir».
Məqalədə bu məsələdə Rusiya hökumətinin də böyük rol oynadığı və problemi həll etməyə yönəlik proqramlar tətbiq etmək üçün siyasi iradəyə malik olmadığı qeyd edilib: «Məsələn, Qərblə bağlı qərəzli təsəvvürlər ucbatından Rusiya hakimiyyəti Metadon preparatının ölkəyə gətirliməsinə imkan vermir. Halbuki bütün bu proqramlar Avropada sözügedən xəstəliyin yayılmasının xeyli azalmasına gətirib çıxarıb. Bundan başqa, Rusiya şəhərlərində sterilizə olunmuş iynələrin verilməsi məntəqələri də xeyli azaldılıb».
QİÇS-lə mübarizə üzrə federal mərkəzin rəhbəri Vadim Pokrovskinin sözlərinə görə, QİÇS-ə yoluxanların yalnız dörddə biri zəruri dərmanlarla təchiz olunur. Hökumətin ayırdığı vəsaitdən isə yalnız 60 min adam yararlana bilir.
Bundan başqa, Rusiya dövləti onu tənqid edənlərə də xüsusi kinlə yanaşır. Pokrovskinin hökumətin QİÇS siyasətini tənqid edən sözlərindən sonra Səhiyyə Nazirliyi Agentliyi dövlət yardımından məhrum edib. Bu sahə ilə məşğul olan QHT-lər isə «xarici agent» statusu almaq qorxusu ilə fəaliyyətini dayandırıb.
Həmçinin, ölkədə müasir dünyada bu tip xəstəliklərin qarşısını almaq üçün görülən bəzi maarifpərvər aksiyalara, məsələn, prezervativlərin yayılmasına, reklamına qarşı qəribə bir mövqe var. Və bu mövqe dövlət səviyyəsində müxtəlif televiziya kanallarda dilə gətirilir.
Yelena Doljeno ölkə prezidenti Vladimir Putinin də 17 illik hakimiyyəti dövründə nə xalqla birbaşa dialoq söhbətlərində, nə geniş mətbuat konfranslarında, nə də hökumət iclasında bu problemdən danışdığını diqqətə çatdırıb.