Tramp–Merz gərginliyi yüksəlir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
14:35 | 24 mart 2019 | Bazar
Məqaləyə 3331 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Reyqandan Trampa – 45 ilin kabusu
ABŞ-ın Ədliyyə Nazirliyi ötən gün bəyan edib ki, xüsusi prokuror Robert Müller Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə, habelə ABŞ prezidenti Donald Trampın mümkün qanun pozuntularına dair hesabatı baş prokuror Uilyam Barra təqdim edib.
Baş prokurorun bu barədə məktubu martın 22-də Ədliyyə Nazirliyi tərəfindən açıqlanıb. ABŞ Senatı və Nümayəndələr Palatasında bir neçə yüksək vəzifəli millət vəkillərinə ünvanlanmış bu məktubda Barr bildirir ki, o hesabatın başlıca nəticələri barədə məlumatı elə “bu həftəsonu” Konqresə təqdim edəcək.
Bundan sonra sözü gedən hesabatın hansı hissələrinin ictimaiyyətə açıqlanacağı barədə qərarı Barr, Ədliyyə Nazirliyi, Konqres və Ağ Ev qəbul etməlidir.
Qanun baş prokuror Barra hesabatın nə qədər hissəsinin açıqlanmasını müəyyən etməkdə geniş səlahiyyət verir. Məhz buna görə də Konqresdə bir çoxları narahatdırlar ki, Trampın Ağ Evi bu sənədin ən kəskin hissələrinin məxfi saxlanmasına çalışa bilər.
Demokrat konqresmen Erik Svalvell CNN telekanalına deyib: “Biz bütün hesabatı və dərhal istəyirik. Biz bu hesabatı prezident ona heç bir redaktə etmədən istəyirik”.
Nümayəndələr Palatası bu ayın əvvəlində Müllerin hesabatının ictimaiyyətə açıqlanmasını tələb edən qətnaməni yekdilliklə qəbul edib. Martın 22-də Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Senat demokratlarının lideri Çak Şumer deyiblər ki, hesabatın tam mətninin ictimaiyyətə açıqlanması “mütləqdir” və Ağ Ev nəyin açıqlanıb, nəyin açıqlanmamasını müəyyənləşdirməməlidir.
Bu iki millət vəkilinin birgə bəyanatında deyilir ki, “Amerika xalqı həqiqəti bilmək haqqına sahibdir”. Ağ Evin mətbuat katibi Sarah Sanders deyib ki, hələlik hesabat barədə brifinq olmayıb.
“Növbəti addımları baş prokuror Barr atmalıdır və biz bu prosesin qaydasınca irəliləməsini gözləyirik”.
Müller 2017-ci ildən bəri həm Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini, həm də prezident Donald Trampın adamlarının Rusiya rəsmiləri ilə əlaqələrini araşdırırdı. Müller habelə Trampın bu təhqiqata qanunsuz olaraq maneçilik törədib-törətmədiyini aşkara çıxarmalı idi.
O bu məqsədlə Trampın FTB direktoru Ceyms Komidən özünün ilk milli təhlükəsizlik müşaviri Maykl Flinnin Rusiya ilə əlaqələrinin araşdırılmasının dayandırılmasını istəməsini, habelə bunun ardınca Kominin hansı səbəbə vəzifəsindən uzaqlaşdırmasını təhqiq edirdi.
Öz təhqiqatının gedişində xüsusi prokuror 30-dan artıq şəxsə qarşı müxtəlif ittihamlar irəli sürüb. Bunların arasında Trampın keçmiş kampaniya rəhbəri Pol Manafort və onun qeyri-rəsmi müşaviri Rocer Ston da var. Lakin bu günədək bu ittihamlardan heç biri Tramp rəsmiləri ilə Rusiya rəsmiləri arasında sövdələşmənin olub-olmadığına dair sualla bağlı olmayıb.
Müller habelə Demokrat Partiyası rəsmilərinin kompüterlərinə haker hücumları ilə bağlı Rusiya kəşfiyyatının vəzifəli rəsmilərinə, Rusiyanın “troll fabriki” kimi tanınan şirkətinə qarşı da ittihamlar irəli sürüb.
Tramp Müller-in apardığı təhqiqatı dəfələrlə “əcinnə ovu” adlandırıb və özünün seçki kampaniyası ilə Rusiya arasında hər hansı sövdələşmənin mövcudluğunu inkar edib.
Rusiya da ABŞ kəşfiyyat agentliklərinin Moskvanın ABŞ seçkisinə Trampın xeyrinə müdaxilə etdiyinə dair qiymətləndirməsini rədd edir.