İrəvanda vahimə
Sərkisyana-Köçəryan cütlüyünün nağılı bitdi – çıxılmaz blokada…
MÖVZU İLƏ ƏLAQƏLİ
-
15 milyon tondan 25-ə çatdırmaq
İlham Əliyev: “Bəzi günlərdə limanda tıxaclar yaranır”
-
10858 min ton...
Birinci rübdə TRACECA ilə yükdaşımalar 6,7 faiz artıb
-
Yeni yollara ehtiyac var
Paşinyan tək Azərbaycanla yox, həm də AB və Çinlə üz-üzə qalır
-
Naxçıvan BTQ-yə qoşulur
Muxtar bölgənin blokadadan çıxması Ermənistanın planları alt-üst edəcək
-
“Bakı-Tiflis-Qars”ın cazibəsi
Dünyanın ən uzun dəmiryolu Azərbaycandan keçə bilər
-
“Bir kəmər, bir yol”un Azərbaycan hissəsi..
Dünyanın əməkdaşlıq xəritəsini dəyişəcək güc
-
“Planlarımız var”
Türkmənistan Bakı-Tiflis-Qars layihəsinə qoşula bilər
-
BTQ ilə taxıl nəqli
Bakı-Qars dəmir yolunda ilk dəfə hopperdən istifadə olunub
-
Tehran-Bakı dəmiryol xətti nə vaxt işə salınacaq?
İranlı rəsmi: “Bu, “Şimal-Cənub” nəqliyyat marşrutunun tərkib hissəsi olacaq”
-
Bakıdan İstanbula qatarla sərnişindaşıma gecikəcək
Səyahət ilkin mərhələdə Qarsa qədər davam edəcək
-
Bakı işğalçını yeni rəqabət müstəvisinə çəkir
Azərbaycan-Ermənistan iqtisadi savaşı dərinləşir - Qarabağ bu davanın qalibinə qalacaq
-
Gürcüstana ayrılan kreditin qalığı…
Bakı-Tiflis-Qars işə düşübsə 176 milyon manat niyə ayrılıb?!...
-
İlin əsas iqtisadi yekunu - BTQ, yeni neft kontraktı və manat...
Azərbaycanın tanınmış iqtisadçıları yola saldığımız ili dəyərləndirdilər
-
«BTQ inteqrasiyaya kömək edəcək»
ABŞ səfiri: «Azərbaycan getdikcə əhəmiyyətli tranzit mərkəzinə çevrilir»
-
Daha iki dövlət Ermənistanın izolyasiyasına qoşuldu
Özbəkistan və Hindistan yanvardan yüklərini BTQ və «Şimal-Cənub» nəqliyyat dəhlizi ilə daşımaq qərarı verdi
-
Ərdoğan Soçidən niyə nəticəsiz döndü?...
Azərbaycanın indiyədək yazılarda oxuduğumuz böyük geosiyasi önəmi hazırda reallığa çevrilir
«Bakı-Tbilisi-Qars» Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istismara verilməsi Ermənistanda, sözün həqiqi mənasında, vahimə yaradıb. «Armtimes.com» saytında dərc olunan məqalədə bu barədə ətraflı söhbət açılır.
Müəllif Ayk Qevorkiyan yazır ki, hələ 10 il əvvəl BTQ-nin əsası qoyulanda İrəvanda İqtisad İnstitutunun tələbələri qarşısında çıxış edən Robert Köçəryan bəyan etmişdi ki, ictimaiyyətin Ermənistanın iqtisadi blokadaya düşməsi haqqındakı narahatlığı əsassızdır.
Çünki BTQ-nın iqtisadi səmərəsi yoxdur və bu dəmir yolu tikilib başa çatdırılmayacaq. Lakin R.Köçəryanın fikri özünü doğrultmadı, BTQ-nın əsası qoyuldu və tikinti işləri başladı. Bir müddət sonra İrəvan Dövlət Universitetində çıxış edən R.Köçəryan yenə də jurnalistlərin bu barədə sualına cavab vermək məcburiyyətində qaldı. Jurnalistlər R.Köçəryana belə bir sual verdilər: «Bəs siz deyirdiniz BTQ tikilməyəcək? Lakin layihənin əsası qoyulub və tikinti işləri başlayıb».
R.Köçəryan cavab verdi ki, bəli, tikinti işləri başlayıb, amma İrəvanın Qərbdəki müttəfiqləri bu layihəni dəstəkləmir və tikintinin başa çatacağı sual altındadır.
Doğurdan da, həmin vaxt bir neçə ermənipərəst ABŞ konqresmeni erməni lobbisinin səyləri ilə bəyanatla çıxış edərək BTQ-nın tikintisinin səmərəsiz olduğunu bildirdilər və ABŞ hökumətini bu layihəni dəstəkləməməyə çağırdılar.
O dövrdə rəsmi İrəvan düşünürdü ki, ABŞ konqresmenlərinin bəyanatı tikintinin qarşısını almaq üçün yetərlidir. Lakin zaman göstərdi ki, yetərli deyil. Sonra Ermənistan prezidenti Serj Sərkisyan da bu layihəyə mane olmağa çalışdı. S.Sərkisyan 2008-ci ildə İran-Ermənistan dəmir yolunun çəkilməsi ideyasini irəli sürdü və rəsmi Tehran ilə müzakirələr başladı. İqtisadi-texniki əsaslandırmadan sonra məlum oldu ki, S.Sərkisyanın fikirləri sabun köpüyü kimi havadan asılı qaldı. Belə ki, Ermənistan prezidentinin təklifinə İran ciddi yanaşmadı və heç bir dövlət və beynəlxalq maliyyə təşkilatı İran-Ermənistan dəmir yolunun çəkilişinə sərmayə qoymaq istəmədi.
Azərbaycan, Gürcüstan və Türkiyə öz səyləri ilə BTQ-nı tikib başa çatdırdılar. Qlobal xarakter daşıyan BTQ istismara verildi. ABŞ və Avropa İttifaqı BTQ-nın istismara verilməsini alqışladılar.
Bəs Ermənistan hansı səbəbə BTQ-nın həyata keçməsinə mane olmağa çalışırdı? Məsələnin mahiyyəti ondan ibarətdir ki, Tiflis-Gümrü-Qars (TGQ) dəmir yolu xətti mövcuddur. Ermənistan bu xətti işə salmaqla blokadadan çıxmaq istəyirdi. Lakin rəsmi İrəvanın işğalçılıq siyasəti və qonşu dövlətlərə qarşı heç bir əsası olmadan ərazi iddiaları irəli sürməsi TGQ-nin fəaliyyətini heçə endirib. Bu yol artıq 25 ildir ki, dayanıb. Digər tərəfdən, Ermənistanın Rusiya ilə birbaşa sərhədi yoxdur.
Gürcüstan vasitəsilə Rusiya ilə çıxış əldə etmək istəyirdi ki, bu da alınmadı. Gürcüstan Abxaziya bölgəsindən yolun çəkilməsinə icazə verməz. Çünki Abxaziyadakı separatçılar Gürcüstanın ərazi bütövlüyünü pozub. Beləliklə, xaricə nəqliyyat çıxışı axtaran Ermənistan dəyəri 1,5 milyard dollar olan İran-Ermənistan avtomobil yolunu çəkməyə başladı ki, bu da həm səmərəli deyil, həm də nə vaxt başa çatacağı bilinmir. İqtisadi böhran yaşayan Ermənistan maliyyə çətinliyi ucbatından tikinti işlərini dayandırıb. İran isə əsas prioriteti İran-Ermənistan avtomobil yoluna yox, Rəşt-Astara dəmir yoluna yönəldib.
Göründüyü kimi, Azərbaycan Prezidentinin strateji təşəbbüsünün reallığa çevrilməsi Ermənistanı, necə deyərlər, peşman edib. Prezident İlham Əliyevin hələ on il əvvəl planlaşdırdığı layihə həyata keçdi və bu, yalnız regional xarakterli iqtisadi layihə deyil. BTQ, eyni zamanda, Azərbaycanın uzunmüddətli siyasi zəmanətidir.
Ermənistanın isə regionda həyata keçirilən bütün beynəlxalq layihələrdən kənarda qalması onun müstəqil siyasət aparmadığını göstərir. Ermənistan özündə iradə tapıb havadarlarının deyil, öz milli maraqlarının qoruyucusu olsa bəlkə onda işğalçılığın və torpaq iddialarının erməni xalqına necə böyük zərbə vurduğunu anlayar.
A.Qevorkiyan məqaləsini yekunlaşdıraraq yazır ki, Ermənistan böyük yolların kəsişməsindəki hündür daşın üzərində oturan min yaşlı kor bayquşa çevrilir. (AzərTAc)