
Tramp xəta adlandırdı
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Avropa Parlamentində Avropa Komissiyasına qarşı etimadsızlıq təşəbbüsü bu dəfə solçulardan gəldi
Ən uzunömürlülər qitənin qərb hissəsində yaşayır
Polşada həyəcan, uçuşlar dayandırıldı
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Ursula von der Leyenin çıxışı Avropa Parlamenti üzvləri tərəfindən birmənalı qarşılanmadı
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
NATO insidenti hücum kimi dəyərləndirməyib, amma qəsdən törədildiyini düşünür
NATO torpaqlarında Rusiya PUA-ları krizi
Keçmiş mer: “Ən böyük səhvimiz diplomatiyanı yalnız amerikalılara buraxmaqdır”
Sandu: “Bizi Avropa Birliyinə qarşı hibrid hücumlar üçün platformaya çevirmək istəyirlər”
Ermənistanın Avropa Birliyilə imzaladığı anlaşma, daha öncə Gürcüstanın və Ukraynanın imzaladıqları anlaşmanın eynisi deyil, daha zəifidir. Ermənistanla Avropa Birliyi arasında anlaşmadan Rusiyanın bəyənmədiyi bütün müddəalar (azad ticarət, təhlükəsizlik və s.) çıxarıldı. Üstəlik, Metsamor atom elektrik stansiyasının qapadılması üçün tədbirlər, yaxın zamanlarda gerçəkləşməsi mümkün görülməyən siyasi islahatlar, Beynəlxalq Cinayət Məhkəməsi yurisdiksiyasının altına girmək kimi məsələlər də var. Ermənistanın bu məsələlərin həllini bacardığı qədər uzatmağa çalışacağı aydındır. O da aydındır ki, Ermənistana bu anlaşmanı imzalamağa icazə verdilər. İlk növbədə, - Rusiya. İranın da buna etiraz etmədiyi anlaşılır.
Ən önəmlisi, heç kəs Ermənistandan tələb etmir ki, işğal etdiyi Azərbaycan torpaqlarından çıxsın. Avropa Birliyi də, Ermənistanla anlaşmanı imzalayarkən, belə bir tələbi irəli sürmədi. Rusiyanın Ermənistanda hərbi baza saxlamaq, Ermənistanın rəsmi sərhədlərini qorumaq, İrəvanın beynəlxalq hava limanında Federal Təhlükəsizlik Xidmətinin (FTX) buraxılış məntəqəsini rəsmən işlətmək kimi təcrübələrə də Avropa Birliyindən etiraz gəlmədi.
Azərbaycanın beynəlxalq əlaqələrdə ən önəmli məsələsi Qarabağdır (ərazi bütövlüyü). Bu məsələ hər şeyin başında gəlir. Çox təəssüf ki, biz heç yerdən bu məsələmizə ədalətli yanaşma görmürük. Odur ki, Azərbaycan hökumətinin nədən bir sıra anlaşmalara qoşulmaqdan çəkindiyini, ya da tələsmədiyini anlamaq çətin deyil. O başqa məsələ ki, hökumət arada, vəziyyətdən istifadə edərək, öz dar maraqlarını güdür, islahatlara getmir və s. Burası, sistem problemidir, sistemi dəyişmək gərəkdir. Amma biz də anlamalıyıq ki, sistem də, hökumət də dəyişə bilər (bir gün dəyişəcək də), amma ölkəmizin qarşılaşdığı geopolitik problemlər dəyişməyəcək. Ölkəmizdə gələcəkdə qurulacaq bütün başqa hökumətlər də xaricdən qaynaqlanan eyni problemlərlə üzləşməli olacaqlar. Sadəlövh olmayaq.