MM-də iki mühüm məsələ
Millət vəkili QHT-lərlə bağlı qanundan danışıb
İnformasiya şöbəsi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Büdcə icrasının müzakirələri
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
-
Ali təhsil 3 ilə endirilə bilər
Bütün universitetlərin yataqxanası olmalıdır
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
MM-də yeni təyinat
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
MM-də islahatlar
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
-
Yeni spiker kimdir?
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
-
“Vəziyyət həqiqətən bərbaddır”
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
Bu gün Milli Məclisin yaz sessiyası işinə başlayıb. Millət vəkili Azay Quliyev sessiyanın ilk günündə çıxış edib.
Millət vəkili ilk olaraq yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə keçirilən görüş haqqında danışıb. Azay Quliyev bildirib ki, yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə 17 dekabr 2013-cü ildə Milli Məclisin QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara etdiyi əlavə və dəyişikliklər Parlamentin «Hüquq siyasəti və dövlət quruculuğu» komitəsinin sədri Əli Hüseynlinin, Ədliyyə nazirliyinin «Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti» idarəsinin rəisi Rahim Rəhimovun, Avropa Komissiyasının Bakı ofisinin və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin və dəyişikliklərdən narazı qalan QHT nümayəndələrinin yaxından iştirakı ilə geniş müzakirə edilib:
«Məlumat üçün deyim ki, təşkil olunan üçtərəfli dialoq çox məhsuldar keçdi və narazılıq yaradan bütün məsələlərə aydınlıq gətirildi. Hesab edirəm ki, səmimi keçən bu görüşdən QHT-lər razı qaldılar və onların bir sıra narahatçılığına da son qoyuldu. Yekunda qərara aldıq ki, qanunun praktik tətbiqində ortaya çıxan mümkün problemləri operativ şəkildə həll etmək və müvafiq tədbirlər görmək məqsədilə Şuranın tərkibində hüquq və monitorinq komissiyası yaradılsın».
Millət vəkilinin sözlərinə görə, bu bir daha onu göstərir ki, Azərbaycan
dövləti və vətəndaş cəmiyyəti institutları istənilən məsələnin həlli ilə
əlaqədar bir araya gəlib anlaşma əldə etməyə və sivil qaydada dialoq aparmağa
qadirdilər. «Bu baxımdan beynəlxalq təşkilatlara, xüsusilə AŞPA və Avropa
Parlamentinə, ayrı-ayrı ölkələrin səfirliklərinə müraciət edərək demək istərdim
ki, artıq bu məsələ ilə əlaqədar kənar müdaxilələrə ehtiyac qalmadı və qoy
onlar bundan sonra bu mövzunu istismar etməsinlər.»- deyə millət vəkili fikrini
çatdırıb.
Azay Quliyev «İctimai iştirakçılıq haqqında» Qanunun tətbiq edilməsi ilə
əlaqədar hörmətli Prezidentimiz cənab İlham Əliyevin imzaladığı 16 yanvar
2014-cü il tarixli fərmanı haqqında da danışıb. Qeyd olunub ki, bu fərmanda çox
mühüm məqamlar, o cümlədən qanunların və Prezident aktlarının «İctimai
iştirakçılıq haqqında» Qanuna uyğunlaşdırılması, İctimai İştirakçılıq haqqında
Qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən yeni qanun
layihəsinin hazırlanması, Qanunun əsas mahiyyətini təşkil edən 1.0.1-ci
maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın
səlahiyyətlərini prezident İlham Əliyevin həyata keçirməsi kimi olduqca
əhəmiyyətli müddəalar öz əksini tapıb.
«Hesab edirəm ki, Cənab Prezidentin imzaladığı bu fərman Azərbaycan vətəndaşlarının dövlət idarəçiliyində və qərar qəbulunda yaxından iştirakını təmin edən çox mühüm bir sənəddir. Şübhəsiz ki, bu cür sənədlər dövlət başçısının siyasi iradəsi və vətəndaşlarına olan yüksək etimadı və inamı hesabına mümkün olur»- deyən millət vəkili çıxışını «Fürsətdən istifadə edib, ölkəmizin ictimai sektoru adından belə bir demokratik qanunu imzaladığına və onun uğurlu icrasına zəmanət verdiyinə görə Cənab Prezidentə dərin təşəkkürümü bildirirəm» - sözləri ilə yekunlaşdırıb.