TANAP açılışa hazırlanır
Ekspert kəmərlə İran qazının nəqlini hələlik real saymır
DÜNYA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Əliyev Vyana qapılarına çatır
Təklənirsiniz, müsyölər!
-
Əliyevin siyasi iradəsinin nəticəsi ...
Azərbaycan qazı Avropanın daha çox ehtiyac olduğu bölgələrinə çıxacaq
-
İkinci kəmər hazırdır
Azərbaycan Avropada mövqeyini möhkəmləndirir
-
İkinci boru kəmərinə ehtiyac yaranacaq
Əlavə xətt əvvəlki ilə müqayisədə daha ucuz başa gələcək
-
Avropa qaz TAPdı
Mavi yanacaq axtarışında olan qədim qitənin diqqəti Azərbaycana yönəlib
-
“Sıfır da olmasa, sıfıra yaxındır”
İtaliyada hələ də Azərbaycan qazına qarşı çıxanlar kimlərdir?
-
Zəncirin mərkəzi hissəsi - TANAP
Azərbaycan layihəsi Rusiya qazına alternativ olmağı bacaracaqmı?
-
Azərbaycan qazı Avropanın sərhədində
Cənub Qaz Dəhlizinin 2-ci fazası da bitmək üzrədir
-
Boruların 99 faizi torpağa basdırılıb
TAP-ın Yunanıstanda hissəsində yarımçıq 15, Albaniyada isə 35 km-lik iş də tamamlanır
-
86,5 faiz yekunlaşıb
TAP-dan xəbər var ...
-
Bakıda nazirlərin V iclası
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasında iştirak edib
-
Bleyer Bakı üçün lobbiçilik edir
Böyük Britaniyanın keçmiş baş naziri İtaliyada “ilişən” Azərbaycan qaz borusuna görə danışıqlara başlayır
-
Cəmi 2 km qalıb
TAP Albaniyada ən böyük xarici sərmayədir
-
Cənub-Qaz Dəhlizi sanksiyalardan yan keçdi
Azərbaycanın layihəsi ABŞ üçün İrana qarşı mübarizədən vacibdir
-
“TAP-ı işə salmağa hazırıq, amma...”
İtaliya hökuməti əlavə pul qoparmaq istəyir?!
-
Qlobal qaz tələbatı artacaq
Beynəlxalq ticarətdəki yüksəlişin bir nömrəli faktoru LNG olacaq
Azərbaycanın “Şahdəniz” yatağından ikinci işlənmə mərhələsində hasil olunacaq qazı Türkiyəyə çatdıracaq TANAP kəmərinin iyunun əvvəlinə planlaşdırılan açılış mərasimi baş tutacaq. Bu barədə Azərbaycan prezidenti ilə birgə mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Onu da qeyd edək ki, TANAP artıq texniki qazla doldurulub, onun sınaq işləri tam başa çatımaq üzrədir. Kəmər “Şahdəniz-1" qazı ilə ilin əvvəlindən dolmağa başlayıb. Kəmərin tam layihə gücünə çatması 3 ildən sonra, yəni 2021-ci ilin yayına gözlənilir.
İndiyə qədər TANAP-ın tikintisinə 5,6 milyard dollar xərclənib. Layihə ilə bağlı xarici banklardan 3,75 milyard dollar kredit cəlb edilib. Layihənin ümumi xərcləri 7,99 milyard dollar dəyərində qiymətləndirilir.
Trans-Anadolu Qaz Boru Kəməri Konsorsiumunun baş direktoru Saltuk Düzyolun bu günlərdə mətbuata verdiyi məlumata görə, indiyə qədər layihənin inşaat işlərinin 93 faizi yerinə yetirilib: “Artıq boru kəmərinin 1340 kilometri inşa edilib”.
O bildirib ki, bu ilin iyul ayında Türkiyə kəmərlə Azərbaycandan ilk qazı qəbul edəcək: “Azərbaycan qazının Türkiyəyə nəql edəcək BOTAŞ şirkəti illik 6 milyard kubmetr qazı Türkiyəyə çatdıracaq. 2019-cu ilin iyun ayında Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) qaz verməyə hazır vəziyyətdə olacağıq. Biz bilirik ki, bu vaxta qədər TAP boru kəməri tam hazır olmayacaq. Ancaq bununla belə biz öz işimizi əvvəldən tutub buna da hazır vəziyyətə gələcəyik ”.
S.Düzyol qeyd edib ki, gələcəkdə İraqdan gələn qaz da bu boru kəmərinə daxil edilə bilər: “Hazırda boru xətti ilə 16 milyard kubmetr qaz daşınması mümkündür. Sonradan - 2023-cü ildə 24 milyard kubmetr, 2026-cı ildə 31 milyard kubmetr təbii qaz nəqli mümkün olacaq. Onu da qeyd edək ki, artıq uzun müddətdir ki, İranın da TANAP-la qaz ixrac edə biləcəyinə dair fikirlər səsləndirilir.
İraq və İranın kəmərlə qaz nəql etməsi ehtimalını dəyərləndirən ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, cənub qonşumuzun TANAP-a qoşulması perspektivi, hələ ki, dumanlı görünür: “İranın üzərində sanksiyalar var. Bu ölkənin TANAP-a qoşulması üçün öncə Avropada öz qazına alıcı tapmalıdır. Onunla alqı-satqı müqaviləsi imzalamalıdır. Eyni zamanda müəyyənləşməlidir ki, qaz alıcıya hansı nöqtədən çatdırılacaq: Avropa, yoxsa İran-Türkiyə sərhədində. Bundan sonra nəqletmə vasitəsi kimi variantlar müzakirə oluna bilər ki, onlardan biri də TANAP-dır. Yəni bu, uzun vaxt aparan bir məsələdir. İranın qaz yataqları Fars körfəzindədir. Oradan qazı gətirib Türkiyədə Ərzurum qazpaylayıcı şəbəkəsinə verir. Bu şəbəkə ilə TANAP-ın əlaqəsi yoxdur. İran qazını kəmərə çatdırmaq üçün müvafiq infrastruktur yaradılmalıdır. Bunun üçünsə İranla Türkiyənin razılığa gəlməsi, yaranacaq xərcləri qarşılamaq prinsiplərinin müəyyənləşməsi lazımdır. Bir sözlə, İran qazının TANAP-la ötürülməsi qısa müddətə həll olunası məsələ deyil”.
İ.Şabanın sözlərinə görə, İraq qazının TANAP-la nəqlini isə real hesab edir: “İraq qazını nəql etmək üçün Türkiyə müvafiq infrastrukturu yaratmağa hazırdır. Bu baxımdan optimal nöqtənin tapılması çətin olmayacaq”.
Son olaraq qeyd edək ki, SOCAR TANAP-dakı payının 7 faizini Türkiyədəki törəməsi olan “SOCAR Turkey Enerji A.Ş” şirkətinə satıb. Mart ayında baş tutan alqı-satqıdan sonra kəmərdə pay bölgüsü belədir: SOCAR - 51 faiz, BOTAŞ - 30 faiz, BP - 12 faiz, “SOCAR Turkey Enerji A.Ş” - 7 faiz.