vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNEY  
14:19 | 15 fevral 2014 | Şənbə Məqaləyə 1577 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Traktorsazi» milləti ayağa qaldırdı

Güneylilər küçələrə axışdı, Təbriz və Urmiyada Azərbaycanın bayrağı dalğalandı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gün Təbriz və Urmiya şəhərləri başda olmaqla, İranda yaşayan azərbaycanlılar küçə və meydanlara axışaraq, «Traktorsazi» komandasının uğurunu qeyd ediblər.

APA-nın «Oyannews»a istinadən verdiyi məlumata görə, İranın futbol üzrə ölkə çempionatında mübarizə aparan Təbrizin «Traktorsazi» komandasının bir ilkə imza ataraq, tarixində ilk dəfə İran Kubokunu (Cam-e Hezfi İran) qazanması soydaşlarımızın böyük sevincinə səbəb olub.

Minlərlə insan Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağını dalğalandıraraq, milli musiqi sədaları altında rəqs edib, «Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!», «Azərbaycan var olsun, istəməyən kor olsun!», «Ya, ya, ya, şa, şa, şa, Azərbaycan çox yaşa!», «Azərbaycan bizimdir, Əfqanıstan sizindir!», «Təbriz, Bakı, Ankara, biz hara, farslar hara?», «Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq!», «Haray, haray, mən türkəm!», «Türk dilində mədrəsə, olmalıdır hər kəsə!», «Urmiya gölü can verir, məclis onun qətlinə fərman verir!», «Gəlin gedək ağlayaq, Urmiya gölünü dolduraq!», «Durnalar küsməyin, gölümüz bir daha dolacaq!» və digər şüarlar səsləndiriblər.

Qeyd edək ki, «Traktorsazi» İran Kubokunun fevralın 14-də keçirilən finalında Kirman şəhərinin «Mis» komandasını 1:0 hesabı ilə məğlub edib.

«Traktorsazi» İran Kubokunun sahibi olmaqla gələn il Asiya Çempionlar Liqasında mübarizə aparmaq hüququ da qazanıb.