Türkiyədən sifarişlərin çatdırılması
“Limak” bunu ən ucuz qiymətə edir
Azərbaycanda yeni sürətli poçtdaşıma və kuryer şirkəti – “Limak VM” fəaliyyətə başlayıb. Şirkətin əsas məqsədi ölkə daxilində və xaricində sürətli yükdaşımasını həyata keçirmək, müştərilərin məmnuniyyətini təmin etmək, onlara daha peşəkar və operativ xidmət təklif etməkdir.
“Limak VM” MMC fiziki və hüquqi şəxslərin xaricdən sifariş etdikləri yükləri xaricdəki anbarlarına qəbul edir, onların Azərbaycana daşınıb, müştəriyə təhvil verilməsini təmin edir.
Qeyd edək ki, “Limak” hazırda müştərilərə ən ucuz daşıma qiymətləri təklif edən şirkətdir. Bu isə müştərilərin xidmətdən daha çox istifadə etmək imkanı deməkdir.
Hələlik yalnız Türkiyədən daşıma xidməti göstərən şirkət özünü www.limak.az saytında partnyoru vasitəsilə müştərilərinə Türkiyənin beynəlxalq hesab kartlarını qəbul etməyən online mağazalarından alış-veriş etməyə də dəstək göstərir.
Şirkət həmçinin peşəkar müştəri xidmətləri komandasına malikdir. Müştərilər “online danış” xidməti vasitəsilə müştəri xidmətləri ilə online əlaqə saxlaya, *9595 çağrı mərkəzinə suallarını ünvanlaya bilərlər.
Xidmətlərlə bağlı daha geniş məlumatı www.limak.az saytı vasitəsilə əldə etmək olar.
“Limak VM” MMC hər zaman sifarişçinin yanındadır!