
“Bizansvari metod dəyişməz qalıb”
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Rusiyaya giriş qaydalarının dəyişməsi mənfi və müsbət tərəfləri
Rusiyanın Qələbə Günündə iştirak edən ölkələrin siyahısı açıqlanıb
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
... Yaxud Qələbə paradında ucadan oxunan “Faust”
Almaniya İsraildən müdafiə sistemi alıb
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Qələbə paradı ərəfəsində Ukrayna ordusunun ikinci dəfə Rusiya torpağına girməsi Kremldə şok yaradıb
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
Rusiyanın Saratov vilayətində Avropada istehsal olunmuş və sanksiyaların təsiri altına düşdüyü üçün satışdan yığışdırılan pendir “Rosselxoznadzor”un regional idarəsinin rəhbərinin “hökm oxumasının” ardınca yandırılıb. Rusiya KİV-lərinə istinadən xəbər verir ki, satışdan yığışdırılan pendirin ümumi çəkisi cəmi 12.6 kiloqram olub. Söhbət sahibkarlardan götürülən üç partiya pendirdən gedir.
Pendirin utilizasiyası prosesini “Rosselxoznadzor” videoya çəkib. Videorolikdən görünür ki, “Rosselxoznadzor”un yerli idarəsinin rəhbəri həmin məhsulun Rusiya ərazisinə gətirilməsinin qadağan olunduğu barədə sənədin mətnini oxuyur. Sənəddə deyilir ki, hökumətin 2014-cü ilin avqustunda qəbul etdiyi qərara əsasən Avropa İttifaqı ölkələrində istehsal edilən bu kimi ərzaq məhsullarının Rusiyaya idxalı qadağandır. Məmur daha sonra müsadirə olunan pendir partiyalarının ayrılıqda çəkisi haqda məlumat verir, onun məhv edilməli olduğunu bildirir.
Uzun-uzadı mətni oxuduqdan sonra məmur pendir qutularını konteynerə atır və üstünə benzin töküb od vurur.
Bu video sosial şəbəkələrdə geniş müzakirə olunub və istifadəçilər məmurun çıxışını “pendirə hökm oxunması” kimi qiymətləndiriblər.
Rusiyada sanksiyaların təsiri altına düşən Avropa mənşəli ərzaq məhsulları vaxtaşırı olaraq bu cür yandırılır. Hərçənd Rusiya hökumətinin sanksiyalar altına düşən ərzaqlarla mübarizə aparmaqda o qədər də effektli olmadığı bildirilir.
2014-cü ildə Avropa İttifaqı Rusiyanın Krımı ilhaq etməsinə və Donbassda baş verənlərə görə Moskvaya qarşı sanksiyalar tətbiq edib. Buna cavab olaraq Rusiya Avropadan ərzaq və kənd təsərrüfatı mallarının idxalına qadağa qoyub. (virtualaz.org)