vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ƏDƏBİYYAT  
12:20 | 6 iyun 2013 | Cümə axşamı Məqaləyə 2614 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Puşkin Bakıda yad edildi

Səbailin icra başçısı rus şairin məşhur şeirini oxudu

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Bakıda dahi rus şairi Aleksandr Puşkinin anadan olmasının 214-cü ildönümü qeyd olunub. APA-nın məlumatına görə, Puşkinin abidəsi önündə keçirilmiş tədbir Səbail rayon İcra Hakimiyyəti, Rusiyanın Azərbaycandakı səfirliyi və “Sodrujestvo” Cəmiyyəti tərəfindən təşkil olunub.

Tədbirin açılışında çıxış edən Səbail rayon Hakimiyyətinin başçısı Asif Əsgərov deyib ki, şairin abidəsi ucaldılmış bu parkda Puşkinin doğum gününün keçirilməsi artıq ənənəyə çevrilib. O, dahi rus şairinin rus dili, ədəbiyyatı və mədəniyyətinin formalaşması və inkişafındakı rolunu, onun dünya ədəbiyyatına verdiyi töhfələri xatırladaraq bildirib ki, Puşkinin əsərləri təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən sevilir: “Puşkinin yaradıcılığı insanları yaşına, milliyyətinə, dininə baxmayaraq birləşdirir, onun əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub”.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu söyləyib. O, Puşkinin Qafqaz haqqında yazdığı şeiri oxuyub.
Sonra Səbail rayon orta məktəblərinin şagirdləri Puşkinin əsərləri əsasında hazırlanmış səhnəciklər göstəriblər.