vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
SAHİBKARLIQ  
16:35 | 6 aprel 2022 | Çərşənbə Məqaləyə 949 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ələtin öz qanunu var

Yeni qəbul olunan 18 maddə investorların hüquqlarını qoruya biləcəkmi?

Eldəniz ƏMİROV

Bir ölkəyə investisiya gəlmirsə, bunun yalnız və yalnız bir səbəbi var: İnvestorlar həmin ölkədə pullarını itirməkdən qorxurlar. Ya qorxurlar ona görə ki, pullarını qeyri-stabillik (müharibə və s.), ya da qorxurlar ona görə ki, qanunların maddələri arasında məharətlə rəqs etməyi bacaran səlahiyyətli məmurlar yeyəcək.

İnvestisiya mühitinin təhlilində bu faktor birinci yerdə gəlir. ROİ analiz, SWOT analiz, DCF və WACC metodu filan sonrakı təhlil proseslərində lazım olur.

Buna görə də ölkədə investorların güvənə biləcəyi qanun və bu qanunun ciddi icra mexanizm olmalıdır.

1995-ci ildə qəbul olunmuş “İnvestisiya fəaliyyəti haqqında” qanuna bir neçə dəfə dəyişikliklər olunsa da yeni qanun layihəsinə ehtiyac vardı. Buna görə də cənab prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” qanunların əsasında yeni bir “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsi hazırlanaraq qəbul olunub.

Cəmi 18 maddədən ibarət olan bu qanun özündən əvvəlki versiyalar müqayisədə xeyli fərqli məqamlar vardır:

Ələt Azad İqtisadi zonasında bu qanun işləməyəcək. Oranın öz qanunları var.

İnvestorların qarşısına qoyulan vəzifə öhdəliyi, onlara verilən hüquqlardan daha az görünür. (uyğun olaraq 5 və 9 yarımbənd). Bu özlüyündə yazılışda və oxunuşda gözəldir. Amma təcrübə onu göstərir ki, qanunun verdiyi hüquq yerlərdən verilən hüquqdan zəif olur. Ona görə də yerlərdə qanundan ali davranmağa cəhd edənlərin qarşısı alınmasa 18 maddəlik yox, 180 maddəlik qanun da olsa, investorlar ölkədən qaçıracaq.

Ən vacib məsələ İnvestisiya fəaliyyətinə dövlət təminatlarıdır ki, bu da qanunda öz əksini geniş şəkildə tapıb. Amma burada da yenə əsas məsələ icra prosesində olacaq. Məsələn, 12-ci maddənin birinci bəndində deyilir ki, investorlara və onların investisiyalarına qarşı əsassız və ayrı-seçkilik yaradan münasibət, hədə-qorxu, təqib və zorakılıq qadağan edilir. Yenə də çox gözəl müddəadır. İnvestora qarşı bütün bu “qara” davranışlar, qanunla qadağan edilir. Amma məsələ burasındadır ki, bunlar hamısı mücərrəd isimlərlərdir. İcra zamanı “ayrı-seçkilik yaradan münasibət” kimi mücərrəd isimlərini görmək mümkün olmadığı kimi, əksini isbat etmək də qəlizdir. Məsələ, qalır icraçının vicdanına və qanun icrasına nəzarətə.

Qanunda ən əhəmiyyətli maddə 15-ci maddədir. Bu maddədə mübahisələrin həlli zamanı yerli məhkəmələrin qərarları ilə razılaşmadığı təqdirdə investorlara arbitraja müraciət etmək hüququ verilir.

Çox ehtimal ki, təzə vaxtlarda süni problemlər yaradan bəzi icra qurumları və onları dəstəkləyən yerli məhkəmələrin qərarlarından arbitraja müraciətlər çox olacaq. Amma beynəlxalq arbitraj qərarları Azərbaycanda tanınaraq, yerinə yetiriləcəyi təqdirdə icra qurumları da, yerli məhkəmələr də bu məsələyə daha ciddi yanaşmağa məcbur olacaqlar.

Hər halda normal hazırlanmış bu qanunun maddələrindən çıxan məntiq bunu deyir.

Amma yox, əgər nə qanunun maddələri, nə də arbitraj qərarları burada işləməsə o zaman investiyasiya imicini tam itirəcəyik. Çünki lazımı qanun olmayanda investorlar ümid edir ki, bir gün qanun qəbul ediləcək və o qanun bizi tam müdafiə edəcək. Lakin hamının gözlədiyi qanun qəbul ediləndə, amma işləməyəndə inam indeksi sadəcə azalmır, sıfıra enir.

Belə deyək: Cücərməyən toxum torpaqda qalanda ümid etmək olur ki, bir gün cücərə bilər. Amma o toxum bir az cücərib sonra susuzluqdan quruyub tələf olursa, onda toxumla bağlı bütün ümidlər ölür.