vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
ELM-TƏHSİL, DİN  
18:18 | 6 mart 2014 | Cümə axşamı Məqaləyə 2729 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sabiq rektor istefasından danışdı

Şəmsəddin Hacıyev: «Vəziyyət çox gözəldir»

Emil SALAMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) sabiq rektoru, deputat Şəmsəddin Hacıyev istefasından danışıb. O, musavat.com-a hər şeyin qaydasında olduğunu deyib. Sabiq rektor bildirib ki, istefasını normal qarşılayıb: «Mən prezidentin əsgəriyəm. Prezident məni hara göndərsə gedəcəyəm. Sabah cəbhəyə göndərsə, ora gedəcəyəm. Heç bir problem yoxdur».

Ş.Hacıyev bundan sonra parlamentdə işini davam etdirəcəyini bildirdi: «Vəziyyət çox gözəldir. Mən həm rektor, həm də parlamentdə komitə sədri idim. Bundan sonra var gücümlə parlamentdə qanunvericilik fəaliyyəti ilə bağlı məşğul olacağam. Bu qərarı da çox gözəl qarşıladım, istefamı normal qəbul edirəm. Parlamentdə elm-təhsil sahəsində qanunvericiliklə bağlı işləri davam etdirəcəyəm».

Deputat yerinə təyin olunan rektor Ədalət Muradov haqda da danışıb. Onun sözlərinə görə, təzə rektor savadlı kadrdır və qalan işləri davam etdirəcəyinə inanır: 

«Mən yeni rektoru çoxdan tanıyıram. Yeni rektor layiqli kadrdır, iqtisadçıdır, elmlər doktorudur, Kiyevdə işini müdafiə edib. Özüm onun müdafiəsində iştirak etmişəm. İnanıram ki, başladığımız yerdən qalan işləri davam etdirəcək».

***

Uzun illərdir ADİU-da müəllim işləyən Qubad İbadoğlu da Ş.Hacıyevin istefasına münasibət bildirib. O, «Yeni Müsavat»a açıqlamasında qeyd edib ki, Ş.Hacıyev 10 il ərzində universitetin maddi-texniki bazasının inkişafı naminə çox işlər görə bilib: 

«Yeni korpuslar tikildi, mövcud korpuslar təmir edildi, texniki təchizatı yeniləşdi. Bu dövrdə beynəlxalq əlaqələr də genişləndi. Universitetdə tədqiqat mərkəzi yaradıldı. Tədris-metodiki ədəbiyyatlar əvvəlkindən çox nəşr olundu. Həqiqətən, tətbiq olunan tədrisin yekunu kimi universitetdə rüşvətxorluğun səviyyəsini aşağı saldı. Amma tam aradan qaldırmadı. Nəticədə də təhsilin keyfiyyəti ona adekvat olaraq artmadı. 

Xüsusilə də, aşağı əmək haqqı alan müəllim-professor heyətində tədrisin keyfiyyətinin artırılmasında stimul yaranmadı. Ölkədəki ümumi problemlər və universitetdən kənar xarici mühitin də mənfi təsirləri çox oldu. Beləliklə, tədris səviyyəsi üzrə qarşıya qoyulan məqsədlərə tam nail olunmadı».