vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
15:38 | 2 sentyabr 2015 | Çərşənbə Məqaləyə 2549 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Elm payızda müzakirə olunacaq

«Qanun layihəsi tam təkmilləşdirilib»

Leyla ƏFQAN

MÖVZU İLƏ ƏLAQƏLİ

««Elm haqqında» qanun layihəsinin Milli Məclisin payız sessiyasında yenidən müzakirəsi gözlənilir». Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev Modern.az-a açıqlamasında bildirib.

O, qanun layihəsinin tam hazır vəziyyətdə olduğunu da sözlərinə əlavə edib.

«Keçən müddət ərzində qanun layihəsi ilə bağlı millət vəkillərinin təklifləri, iradları tam nəzərə alınıb. Qanun layihəsi tam təkmilləşdirilib. Mən hesab edirəm ki, ikinci oxunuş üçün tam hazır vəziyyətə gətirilib.

Elə də ciddi dəyişikliklər yoxdur. Bir neçə mübahisəli maddələr var idi ki, onlarla da bağlı ümumi bir məxrəcə gəlinib. Demək olar ki, bütün konstruktiv təkliflər nəzərə alınıb. Qanun layihəsi tam hazır vəziyyətdədir.

Gözlənilir ki, oktyabr ayında Milli Məclisin iclaslarının birində «Elm haqqında qanun» layihəsi yenidən müzakirə edilsin. Ən azından komitədə bir dəfə baxıla bilər», - deyə Şəmsəddin Hacıyev bildirib.

Qeyd edək ki, «Elm haqqında» qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Qanun layihəsində Azərbaycanda magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi, özəl elmi müəssisələrin yaradılması, Azərbaycan Milli Elmlər Akademiyasına elmi fəaliyyəti maliyyələşdirmək məqsədi ilə Azərbaycanın qanunvericiliyində qadağan olunmayan digər fəaliyyət növləri, o cümlədən sahibkarlıqla məşğul olmaq hüququnun verilməsi nəzərdə tutulur.