

AzTU komandası böyük uğura imza atıb
Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır
Biznes və cəmiyyət üçün proqnozlar qurula biləcək məqamlar yetərli görünmür
Uşaq yaradıcılıq müsabiqəsi
Təhsil Nazirliyinin rəsmisi müəllimlərin imtahanındakı texniki problemlərdən danışıb
Görün 300-500 manat ödəmədən uşağınızı bağçaya qoya bilirsinizmi?
Prezident sərəncam imzaladı
Sənəd qəbulu ilə bağlı ən çox verilən 5 suala cavab
Təhsil işçilərinə üçün binanın tikintisinə start verildi
Mikayıl Cabbarov köhnə komandasını özü ilə apardı
Birinci vitse-prezidentin köməkçisinin Təhsil Nazirliyinin rəhbərliyinə gətirildiyi deyilir
Müəlliməyə intim təklif etdiyi deyilən direktor danışdı
Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu
Hansı sahələr üzrə alimlərin hazırlanmasına ehtiyac var?
Tarix İnstitutu «Böyük Ermənistan» xəritəsi qalmaqalı barədə
Tarix İnstitutundan «Böyük Ermənistan»a görə qəzəbli bəyanat
SABAH qruplarında təhsil alacaq 25 ən yaxşı «İqtisadiyyat» ixtisaslı 20 ali təhsil müəssisələrinin tələbələri Azərbaycan Dövlət İqtisad Universitetinə köçürülərək təhsillərini burda davam etdirəcəklər. AzVision.aza bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, SABAH qrupları 33 ali
təhsil müəssisəsində yaradılmaqla 52 ixtisası əhatə edəcək. Hər bir ixtisasın
SABAH qrupu həmin ixtisas üzrə ən yaxşı göstəricilərə malik ali təhsil
müəssisəsində yerləşəcək.
Təhsil Nazirliyindən bildiriblər ki,
hazırda «İqtisadiyyat» ixtisası Azərbaycanın paytaxtı və bölgələrini əhatə edən
20 ali təhsil müəssisəsində tədris olunur. Bu ixtisas üzrə baza məktəb kimi Azərbaycan
Dövlət İqtisad Universiteti seçilib. «İqtisadiyyat» ixtisası üzrə SABAH qrupuna
düşmək üçün seçim mərhələlərinə qatılan ən yaxşı 25 tələbə seçiləcək və
Azərbaycan Dövlət İqtisad Universitetinə köçürülərək təhsillərini burda davam
etdirəcəklər.
Sabah qrupuna tələbələr il ərzində
qiymətlərinin orta göstəricisi 61-dən aşağı olmayan I kurs tələbələri arasından
seçiləcək. SABAH-a qəbul olmaq istəyən tələbə bunun üçün 3 mərhələdən
keçməlidir - iyunun 12-dək www.sabah.edu.az saytında elektron qeydiyyata düşmək,
iyulun 1-dən 15-dək 25 məntiq və 25 xarici dil olmaqla 50 sualdan ibarət «SABAH»
imtahanı vermək və sonda müsahibədən keçmək. Bu mərhələləri daha yüksək nəticə
ilə keçənlər SABAH qrupunun tələbələri olacaq və ikinci kursdan etibarən
ixtisaslarına uyğun baza ali təhsil müəssisəsində təhsillərini davam
etdirəcəklər.
SABAH qrupları seçilmiş ixtisasın ən
yaxşı tələbələrinin və bu ixtisası ən keyfiyyətli tədris edən müəllimlərin
görüşdüyü məkan olacaq.
SABAH qrupları ali təhsil müəssisəsində
yerləşən «SABAH Mərkəzi» vasitəsilə idarə olunacaq.
Mərkəzlərin işinə isə birbaşa Təhsil
Nazirliyi nəzarət edəcək.
SABAH qrupunun məzunu öz ixtisasını ana
dili ilə yanaşı, ingilis dilində də mükəmməl biləcək.
Qrupun fərqlənən tələbələri xarici ölkələrə təcrübəyə göndəriləcək.