

YAP-çı deputatın mandatı alına bilər; Antikorrupsiya idarəsinin rəisi sabiq rektor Şəmsəddin Hacıyevin istintaqı və ifadəsinin alınması barədə nələr dedi?
Azərbaycan universitetləri: Memarlıq və inşaat hara, neft-qaz hara, yaxud ali məktəbi bitirib ixtisasından xəbəri olmayanlar
İddialara görə, Şəmsəddin Hacıyev başlanmış cinayət işinin onun üçün heç bir yaxşı nəticə vəd etmədiyini anlayır və çıxış yolları arayır
Baş prokurorluq qaldırdığı cinayət işində deputatın adı hallanır, şəfəqin batdığı üfüqdə həbs təhlükəsi görünür
Məmurlara nəzarət gücləndirilir; xəbərlər var ki, payızda antikorrupsiya həbslərinin yeni dalğası başlayacaq; kimlər hədəfdədi?
Şəmsəddin Hacıyevlə bağlı Baş prokurorluğa hesabat göndərildi
İqtisad Universitetində nələr baş verir?
Təhsil Nazirliyi işə qəbulla əlaqədar əlavə yerləşdirmə aparılır
Bütün ali məktəblərdə tələb eynidir, birinci il ...
«SABAH qrupları»na sınaq ADİU-nin 1-ci tədris binasında keçiriləcək
20 universitetin 25 ən yaxşı tələbəsi ADİU-yə köçürüləcək
«Rektorların dəyişdirilməsi prosesi davam edəcək»
Ədalət Muradovun tərcümeyi-halı
«Prezident mənə böyük etimad göstərib»
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) kadr islahatları davam edir. Universitetin rektorunun imzaladığı əmrə əsasən Mikayıl Zeynalov ali təhsil ocağının iqtisadi məsələlər üzrə prorektoru təyin edilib.
ADİU-nun İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı Vüsalə Məmmədovanın musavat.com-a verdiyi məlumata görə, «Beynəlxalq iqtisadi münasibətlər» və «Ümumi iqtisadiyyat» fakültəsinin dekanları Müzəffər Məmmədov və Kamil Qafarov, eləcə də Magistratura mərkəzinin direktor müavini - MBA Proqramı üzrə rəhbər Rövşən Quliyev tutduqları vəzifədən azad edilib.
Rektorun digər əmri ilə «Beynəlxalq iqtisadi münasibətlər» fakültəsinin dekan müavini Mənsur Bərxudarov həmin fakültənin, «Türk dünyası işlətmə» fakültəsinin dekan müavini Asiman Quliyev isə «Ümumi iqtisadiyyat» fakültəsinin dekanı təyin olunub.
Universitetin iqtisadi araşdırmalar elmi tədqiqat institutunun şöbə müdiri Nazim Hacıyev isə Magistratura mərkəzinin direktor müavini - MBA Proqramı üzrə rəhbər təyin edilib.