
“Nə vaxtsa qarşılaşacağıq”
Mikayıl Cabbarov vergidən yayınan biznesmenlərə mesaj verdi: “Çünki qanun var”
Mikayıl Cabbarov vergidən yayınan biznesmenlərə mesaj verdi: “Çünki qanun var”
Fazil Məmmədovun ətrafında yeni hadisələr başlayıb...
Sabiq nazirin vəzifədə olarkən yağmaladığı mal-mülkü geri alınır, ata yurdundakı 100 hektar torpağına əl qoyuldu
Fazil Məmmədov niyə Mikayıl Cabbarovla əvəzləndi?
Böyük məbləğdə vəsaitin gizli şəkildə ofşorlara çıxarılmasında Xaləddin İsgəndərovun da adı hallanır
«Onun imza atdığı islahatlar Azərbaycan təhsilinin simasını deyişdi»
YAP-çı deputatın mandatı alına bilər; Antikorrupsiya idarəsinin rəisi sabiq rektor Şəmsəddin Hacıyevin istintaqı və ifadəsinin alınması barədə nələr dedi?
Azərbaycan universitetləri: Memarlıq və inşaat hara, neft-qaz hara, yaxud ali məktəbi bitirib ixtisasından xəbəri olmayanlar
İddialara görə, Şəmsəddin Hacıyev başlanmış cinayət işinin onun üçün heç bir yaxşı nəticə vəd etmədiyini anlayır və çıxış yolları arayır
Baş prokurorluq qaldırdığı cinayət işində deputatın adı hallanır, şəfəqin batdığı üfüqdə həbs təhlükəsi görünür
Məmurlara nəzarət gücləndirilir; xəbərlər var ki, payızda antikorrupsiya həbslərinin yeni dalğası başlayacaq; kimlər hədəfdədi?
Şəmsəddin Hacıyevlə bağlı Baş prokurorluğa hesabat göndərildi
İqtisad Universitetində nələr baş verir?
Təhsil Nazirliyi işə qəbulla əlaqədar əlavə yerləşdirmə aparılır
Bütün ali məktəblərdə tələb eynidir, birinci il ...
«SABAH qrupları»na sınaq ADİU-nin 1-ci tədris binasında keçiriləcək
Martın 5-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsinə təyin olunan Ədalət Muradov bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub.
Modern.az saytının xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Ədalət Muradovu yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nazir Azərbaycan Dövlət İqtisad Universitetinin ölkəmizin ali təhsil sistemində xüsusi yeri olduğunu qeyd edib, bu universitetin ölkənin iqtisadi və sosial inkişafının real tələbatına əsaslanaraq, prioritet sayılan sahələr üzrə kadr hazırlığının təmin edilməsində vacib rolunu vurğulayıb.
Sonra universitetin yeni rektoru təyin olunan Ədalət Muradov ona göstərilən etimada görə ölkə prezidentinə təşəkkürünü bildirib, bu ali təhsil müəssisəsini yaxşı tanıdığını və ənənələri olan təhsil ocağı olduğunu nəzərə çatdırıb. O, çıxışında ali təhsilin əsas məqsədinin ölkədə insan kapitalının inkişafı, təhsil alanın müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi olduğunu qeyd edib.
Məlumat üçün bildirək ki, yeni təyin olunan rektor Ədalət Muradov 1962-ci ildə anadan olub. 1990-cı ildə Kiyev Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib. 1993-cü ildəniqtisad elmləri namizədi, 1998-ci ildən iqtisad elmləri doktorudur. 60-dan artıq elmi və tədris-metodiki əsərin müəllifidir.
1995-1999-cu illərdə Kiyev Dövlət Universitetinin dosenti olub. Sonradan isə Dövlət İdarəçilik Akademiyasında dosent vəzifəsində çalışıb. Bu vəzifəyə təyin olunanadək İqtisadiyyat və Sənaye Nazirliyində İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsində işləyib.