Avropa qaza nə ödəyəcək?
Rublun rəsmi məzənnəsi ilə qara bazarındakı dəyəri arasında uçurum var
Vüqar BAYRAMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aİ-dən “Dəmir Pərdə” xəbərdarlığı...
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
-
Aİ Macarıstanın “saqqızını oğurladı”
Rəsmi Budapeşt 5,8 milyard qrant qarşılığında Ukraynaya nəzərdə tutulan yardıma hə dedi
-
Aİ-nin gizli həbsxanaları
Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...
-
Bolqarıstandan Aİ-yə etiraz
Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu
-
Zaqreb üçün böyük gün
Aİ Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib
-
Şengen genişlənir
Xorvatiyanın üzvlüyə prəblem olmadığı halda, 1 ölkə Rumıniyanın, 2-si isə Bolqarıstanın əleyhinədir
-
“Yeni iqtisadi şoklar”
Rusiya Mərkəzi Bankı hesabat açıqladı
-
“Biz birləşmiş və güclüyük”
Avropa İttifaqı Rusiyaya 9-cu sanksiya paketini açıqladı
-
Aİ İsrail polisi ilə əməkdaşlığı dondurur
Netanyahunun qurduğu koalisiya qoca qitəni narahat edir
-
Avropada Çin polis məntəqələri
Mühacirləri izləmək və zorla ölkəyə qaytarmaq üçün fəaliyyətdə olublar
-
Avropada “çirkli pul” araşdırması
25 ölkədə keçirilən əməliyyatda 2500 nəfər həbs olunub
-
“Üzərində işləyirik”
Rusiya neft ticarətində maksimum qiymətdən istifadəni qadağan etməyə hazırlaşır
-
“Hazırda təhlillər aparırıq”
Kremldən neft qiyməti qərarına etiraz
-
İranla Aİ arasında kritik görüş
KOPE-nin son vəziyyəti və MAQATE ilə əməkdaşlıq müzakirə edilib
-
“Anlaşma Rusiyanın neft gəlirlərini azaldacaq”
Ursula von der Leyen maksimum qiymət anlaşmasını dəyərləndirdi
-
Moskvaya növbəti zərbə
Rusiya neftinə maksimum qiymət müəyyən edildi
Rusiyanın satdığı mavi qazın haqqının hansı valyutada ödənilməsi hələ də Avropada müzakirə edilən məsələlərdəndir. Niderland hökuməti də Moskvaya rubl ilə ödənişlər etməyəcəyini bəyan edib. Qeyd edək ki, ötən il Niderlandın Rusiyadan məhsul idxalı 18.4 milyard avro olub və onun da 87.0 faizi xam materiallar, o cümlədən neft və qaz idi. Yeri gəlmişkən, Avropa Birliyindən yalnız Macarıstan Rusiyaya mavi qaza görə rubl ödəməkdə maraqlıdır.
Bu arada Rusiya Mərkəzi Bankı rublun dollara məzənnəsini 82.6 bəndədək möhkəmləndirib. Yəni, rəsmi kursa əsasən, 1 dollar almaq üçün 83 rubldan az vəsait ödəmək lazımdır. Bununla yanaşı, bazarda daha doğrusu “qara bazarda” rublun dəyəri daha aşağıdır. Xüsusən böyük məbləğdə nağd dollar almaq üçün rəsmi məzənnəyə nisbətən daha çox rubl tələb edir.
Rəsmi Moskva üçün mavi qazı rubla satmaq bir tərəfdən milli valyutasının məzənnəsi, digər tərəfdən isə xarici borc öhdəliklərini həyata keçirmək baxımdan vacibdir. Belə ki, Rusiyanın defolt olmaq təhlükəsi beynəlxalq qiymətləndirici şirkətlərin ən çox müzakirə etdiyi məsələlərdəndir. Rusiyanın Avropaya enerji idxalının həcminin 2021-ci ildə 108 milyard dollar olduğunu nəzərə aldıqda mavi qazın rubla satılmasının Moskva üçün əhəmiyyətini təsəvvür etmək çətin olmaz. Söhbət həmin məbləğdə vəsaitin Rusiya bankı vasitəsi ilə rubla çevrilməsindən gedir.
Hələlik Moskva ilə Brüssel arasında digər bütün məsələlərdə olduğu kimi enerji ödənişləri üzrə valyuta növü ilə bağlı da anlaşma əldə etmək mümkün olmur. Görünən odur ki, Rusiya defoltan yayınmağa, Qərb isə iqtisadi təzyiqlərini artırmağa çalışır.