vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
17:11 | 17 aprel 2022 | Bazar Məqaləyə 482 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Güneydə milli fəal güllələnib

İş yerində Əli Hacməhəmmədin gözünə bibər qazı vurub, ayağına atəş açıblar

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanın Sulduz (Nəğədə) şəhərindən olan milli fəal Əli Hacməhəmmədi fars-molla rejiminin polisi tərəfindən güllə yaraları alıb. İnsan hüquqları üzrə fəaliyyət göstərən Ərk cəmiyyətinin yaydığı məlumata görə, Əli Hacməhəmmədi aprelin 14-də şəxsi iş yerində mülki geyimli polis qüvvələri tərəfindən güllələnib və ondan sonra isə Sulduz şəhərinin xəstəxanasına yerləşdirilib.

Yayılan xəbərlərə görə, Əli Hacməhəmmədinin iddiaçısı bankdır. Hacməhəmmədi başqa bir şəxsin kreditinə zamin durub və o şəxs kredit borcunu ödəmədiyi üçün bank Əli Hacməhəmmədiyə qarşı şikayət edib və mülki geyimli polis qüvvələri bu milli fəalı həbs etmək üçün onun şəxsi iş yerinə gediblər. Polis qüvvələrinin milli fəala onun həbs ilə bağlı məhkəmə qərarını göstərmədikləri üçün Əli Hacməhəmmədi müqavimət göstərib və nəticədə polis qüvvələri fəalın gözlərinə bibər qazı vurub, iki dəfə də ayağına güllə açıblar.

Əli Hacməhəmmədi xəstəxanaya yerləşdikdən sonra polis qüvvələri onun müalicə olduğu yerdə olub və milli fəalın görüşünə gələn şəxslərin video və fotolarını çəkib.

Əli Hacməhəmmədi apardığı mədəni fəaliyyətlərdən dolayı dəfələrlə İranın Sulduz şəhərindəki kəşfiyyat idarəsinə çağırılıb, təhdid edilib və həmçinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.