12 komandalı çempionat necə olacaq?
Klubların sayının növbəti dəfə artırılması isə heç də xoş qərar deyil
CAVAD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Pulumu verin”
Səbr kasası daşan Nazarovun AFFA-dan tələbi ...
-
«Əvvəlki kimi çılğın deyildim»
Samir Əliyev: «İstəyirəm futbolçular da sərbəst oynasınlar»
-
Yunis Hüseynov yenə həyəcanlanıbmış
«Fikirləşdim ki, yenə həmin şey təkrarlanacaq?»
-
«Sumqayıt»ın tək ağası
Abasovun klubu avrokuboklara doğru inamla irəliləyir
-
«Yalnız qələbə haqda düşünürdük»
Samir Abasov: «İstədiyimizi edə bildik»
-
«Qarabağ» həm xal itirdi...
... həm də pul
-
Təlaş dolu qarışıqlıq
Futbol tariximizdə ilk - 2 futbolçu danışılmış oyunlarda şübhəli bilinir
-
Topaz Premyer Liqanın nəhs turu
Əhmədov bu gün etik qaydalara tüpürdü, sabah isə...
-
«Keşlə»vari qanun pozuntusu
Yaxud Zaur Axundovun təşkil etdiyi adqoydu mərasimi
-
«Danışacam!»
Roman Qriqorçuk: «Heç nədən qorxmuram, ...»
-
Futbol klubları niyə dağılır?
İşsiz futbolçuların acınacaqlı sonluğu
-
«Qəbələ»nin liderə yaraşan qələbəsi
İki cavabsız qol şimallıları ikincilikdən zirvəyə daşıdı
-
Kimə lazımdı «Birlik kuboku»?
Və ya ölüyə süni nəfəs vermək həvəsi
-
«Bağışlanılmaz səhvlər idi»
Ruslan Abışov: «Oyuna yaxşı başlamadıq»
-
«İnter» 3 xalı 3 qolla qazandı
-
«Mübarizə hələ irəlidədir»
Zaur Svanadze: «İnter»in uzun müddət 3-cü pillədə qərarlaşacağını gözləmirdim»
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti Hesabat Konfransı keçirildi. «Hilton» otelində baş tutan tədbirdə sadəcə, gündəliyə əməl olundu, hər hansı qeyri-adi olay yaşanmadı. Salamlaşdılar, hesabat verdilər, büdcə müəyyənləşdirdilər, özləri özlərini təriflədilər, sağollaşdılar və getdilər.
Konfrans səs hüququna malik 35 üzvdən 33-nün qatıldığı tədbir bitincə futbol başbilənlərimiz AFFA İcraiyyə Komitəsinin (İK) iclasına yığışdı. İki üzvün - Elşad Nəsirovla Cahangir Hacıyevin qatılmadığı tədbirdə əsas müzakirə mövzusu Topaz Premyer Liqasında legioner limiti oldu ki, burada da gözlənilən qərar qəbul olundu.
Çempionatda mübarizə aparan klublar hazırda qüvvədə olan 7+3+1 (7 legioner, 3 yerli və 1 nəfər yaşı 21-dək olan yerli futbolçu) sistemindən narazıdı. Üstəlik qurum daha öncəki tədbirində əcnəbilərin sayının daha birinci qərarın ləğvi və ya yumşaldılmasına ümid edilirdi. İclasda «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovla «Xəzər Lənkəran»ın çalışdırıcısı Mustafa Dənizli də iştirak edib klubların mövqeyini toplantı iştirakçılarının diqqətinə çatdırdılar. Həmçinin, millimizin sabiq baş məşqçisi Ağasəlim Mircavadovun da fikirləri dinlənildi. Yekun qərar olaraq, 2014/2015 mövsümündə 6+4+1 (6 legioner, 4 yerli və 1 nəfər yaşı 23-dək olan yerli futbolçu) sisteminin tətbiqi məqsədəuyğun sayılıb. 21 yaşadək olan 1 oyunçunun isə adı mütləq iştirak ərizəsinə salınacaq.
Ötən il avqustun 14-də keçirilmiş İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərara əsasən, 2014/2015-ci il mövsümündən başlayaraq limit 6+5 sistemi ilə tətbiq edilməli və 5 yerli futbolçudan 2-si 21 yaşadək olmalı idi. Ancaq klubların narazılığı nəzərə alındı və onların məşqçiləri ilə aparılan müzakirələrdən sonra 2 21 yaşlıdan biri 23 yaşlıyla əvəz olundu ki, bu, daha məsləhətlidir. Çünki artıq yaşı 21-I keçən futbolçular yeni limit nəticəsində oynamaq üçün yenə şans qazanacaq və onlar itib-batmayacaq. Bundan klublar da faydalanacaq. İndiyə qədər oynamış 21 yaşlılar bundan sonra 23 yaşadək olan futbolçu kimi klubla müqaviləsini davam etdirəcək. Pis olan odu ki, İcraiyyə Komitəsi klub məşqçiləri ilə məsləhətləşmələri narazılar baş qaldırandan sonra apardı. Halbuki hələ avqust iclasından öncə də bu addımı atmaq olardı. Belə halda məsələnin növbəti dəfə müzakirəsinə, qərar dəyişikliyinə ehtiyac qalmayacaqdı.
Premyer Liqada klubların sayının növbəti dəfə də artırılması isə heç də xoş qərar deyil. Söhbət iştirakçıların 10 və ya 12 olmasından getmir. Burada konkretlik olmalıdır. Hər il bir qərar qəbul etməkdənsə, sayı, reqlamenti, çempionatı keçirmə sistemini birdəfəlik dəqiqləşdirmək lazımdı. Mövsümün bitməyinə yaxın elitanı tərk edənin olmayacağının elan edilməsi zəiflərə, xüsusilə də AFFA-nın layihəsinin məhsulu olan «Sumqayıt»a güzəşt hesab olunur. Belə çıxır ki, hazırda axırıncı pillədə başqa bir komanda olsaydı, say dəyişməyəcəkdi.
İndi sual doğuran bir məqam da var. Belə ki, 10 komandalı çempionat 4 dövrədə keçirilirdi. Bəs görəsən, 12 komandalı Premyer Liqa necə təşkil olunacaq?
AFFA prezidenti Rövnəq Abdullayev mətbuat konfransında Topaz Premyer Liqasının dünyadakı bütün milli çempionatlar arasında 43-cü pilləyədək irəliləməsini xüsusi vurğulayıb. Ancaq unutmayaq ki, reqlamenti sabit saxlamaqla bu inkişafın davamlı olmasına dəstək vermiş olarıq. İK-nın eksperimentləri isə bütün əziyyətin puça çıxmasına, çempionatın ilbəil inkişafının qarşısına kötük itələməyə bənzəyir. Çünki sabitlik inkişafın əsas şərtidi.