vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
TOP OYUNLARI  
15:02 | 28 mart 2019 | Cümə axşamı Məqaləyə 19033 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Pulumu verin”

Səbr kasası daşan Nazarovun AFFA-dan tələbi ...

Aydın BAĞIROV

MÖVZU İLƏ ƏLAQƏLİ

AFFA-nın özünün rəsmi təsdiq etdiyi məlumata əsasən, millimizin üzvlərinə Litva ilə yoxlama oyunundakı heç-heçəyə görə pul mükafatı ayrılıb. Mükafatın məbləği, futbolçulara bildirildiyinə görə, əsas heyətin hər bir oyunçusu üçün 5 min manat təşkil edir.

Deməli, məşqçi heyəti və bütün komanda üzvlərini də nəzərə alsaq, ümumi məbləğ 100 min manatı keçir. 100 min manatla Azərbaycanın bölgələrində batmaqda olan uşaq futbolunu dirçəltmək üçün nələr etmək olardı, yaxud bir mənasız yoxlama oyununa görə bu qədər pul ayırmaq AFFA-dakı hansı düşüncəsiz fikir istehsalçısının məhsuludur, bu ayrı söhbətin mövzudur. Yenə də o 5000 min manata qayıdaraq qeyd edək ki, əslində həmin mükafat bir deyil, iki matç üçün nəzərdə tutulub: 2 min manat Xorvatiyaya uduzduğumuz “Avro-2020”nin rəsmi, 3 min manatsa Litva ilə yoxlama oyununa görə. Amma biz yenə də rəsmi qaynağa istinad edərək yalnız Litva ilə matçın üzərində dayanacağıq.

Bilməyənlər üçün sadə dildə izah edək ki, Litva futbolda bizdən də pis vəziyyətdədir. Hətta o qədər pis vəziyyətdə ki, FİFA-nın reytinqində Azərbaycandan düz 30 pillə geridə, 138-ci yerdədi. Amma dərd orasıdı ki, onları da uda bilmirik. Udmadığımız bu oyuna görə isə futbolçuları mükafatlandırırıq. Yəni əsl məsxərə, hoqqabazlıq.

Əslində millimizdə uğursuz nəticələrə görə mükafat verilməsi ənənəsi yeni deyil. AFFA-nın hazırkı rəhbərliyinin əsasını qoyduğu bu idiotizm hələ Coko Haciyevskinin (Finlandiya ilə səfərdə, 1:2) dövründən başlayaraq Berti Foqtsun (Uels və Rusiya ilə səfərdə, 0:1) zamanında da davam edib. Hazırkı çalışdırıcı Nikola Yurçeviçi gətirəndən sonra isə bərpa ediblər. Gördüyünüz kimi, siyahıda Robert Prosineçki ilə Qurban Qurbanovun adı yoxdu. Sonuncunun dövründə nəinki heç-heçəyə görə heç vaxt pul verilməyib, hətta Millətlər Liqasındakı rəsmi oyunlarda qazanılan 2 qələbəyə görə vəd olunan mükafatlar belə futbolçulara ödənilməyib. Bu da ona gətirib çıxarıb ki, deyilənə görə, Dmitri Nazarovun səbr kasası daşıb, Kosovo ilə son matç öncəsi AFFA rəhbərliyindən, “Bəxtiyar” filmindəki kontrabasçısayağı tələb edib ki, pulumu verin.

Yeri gəlmişkən, həmin oyundan öncə və ümumiyyətlə, Millətlər Liqasının bütün gedişatı zamanı Elxan Məmmədov istisna olmaqla, AFFA rəhbərliyindən heç kim – nə prezident Rövnəq Abdullayev, nə də vitse-prezidentlər Elşad Nəsirovla Rauf Əliyev bir dəfə də olsun milli komandanın üzvləri ilə görüşərək onların yanında olublar.

Amma doğrudur, Millətlər Liqasının final mərhələsinə düşməməyimizin əsas məsuliyyəti birinci növbədə Qurban Qurbanovun üzərindədir. Sonra futbolçuların. Ən çox da o vaxt “Qarabağ”ın həmin matçda iştirak edən bütün oyunçularının – Maksim Medvedyevin, Bədavi Hüseynovun, Qara Qarayevin, Mahir Mədətovun, Araz Abdullayevin... Heç biri hələ ölkə bir yana, ən azı onlara illərdi mənəvi və maddi dəstəyi ilə böyüklük edən Q.Qurbanovun yolunda sonadək can qoymadılar, qoya bilmədilər, xarakter, iradə göstərmədilər.

Amma AFFA rəhbərliyi də mələk deyil. Uğursuzluğa görə hamısı bir-birinə zəncirvari bağlıdır – məşqçilər, futbolçular, rəhbərlik. Hərçənd, necə deyərlər, daha qatar gedib. Qurban Qurbanov da. Gələcəyə az-çox bəslənən ümidlər də...

İndi yeni mərhələ, yaxud tamaşa, tragikomediya başlayıb. Yayxanın və baxın. İstəsəz, gülün, istəsəz ağlayın...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)