vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
11:53 | 14 may 2022 | Şənbə Məqaləyə 3034 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazlı Hindistan...

Dehlinin sözünün “mustafası” “ucuz sata bilmərik”

Eldəniz ƏMİROV

Rusiya, Ukrayna və Qazaxıstan taxıl ixracına məhdudiyyət qoyduqdan sonra çox ölkələrin taxıl ümidləri Hindistana idi. Bu gün isə bildirildi ki Hindistan da taxıl ixracına qadağa qoydu. Düzü bu məni bir az çaşdırdı ki, xəbərlərdə təzadlar var. Çünki, məlum ölkələr taxıl ixracına məhdudiyətlərdən sonra. Hindistan 30 ölkəyə ( Azərbaycan da daxil olmaqla) taxıl ixrac edə biləciyilə müraciət etdiyini bildirmişdi. Bu məsələ beynəlxalq mətbuatda da işıqlandırılmışdır. İndi isə ixraca qadağa qoyulması əvvəlki xəbərlə təzad təşkil edir.

Buna görə xəbərin detallarına- ixrac məhdudiyyətinin səbəbini araşdıranda məlum olur ki, əslində Hindistanın dərdi pul dərdidir. Fürsətdən istifadə edib daha baha satmaq istəyirlər. Ticarət və Sənaye Nazirliyinin yaydığı açıqlamada bildirilir ki,  belə bir qərar dünyada buğda qiymətlərinin qəfil artması fonunda daxili qiymətlərin artımına nəzarət tədbirləri üçün qəbul edilib. Yəni sözlərinin “mustafası” budur ki, qiymət dayanmadan qalxır, ucuz sata bilmərik, qoy bir az da qalxsın, satacağıq.