Təhsil nazirindən növbəti əmr
“Təhsil Nazirliyində, onun strukturuna daxil olan və tabeliyindəki qurumlarda vətəndaşların qəbulu qaydaları” təsdiqlənib
İnformasiya şöbəsi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hansı halda rüsum və ƏDV-dən azad edilir?
7 illik vergi güzəştləri mövcuddur, amma ...
-
Daşımalarda dinamika ...
Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 11,3 faiz artaraq, ...
-
ÜDM-də tarixi rekord
Amma idxal qiymətlərində də ciddi artım var
-
“Bizə qələbə yaraşır!”
Nazir “Qarabağ”ın mərhələ keçməsini sosial şəbəkə səhifəsində təbrik etdi
-
Pedaqoji kadrlar hansı yolla seçilir?
Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır
-
Xəzər düyünü açılacaqmı?
4 ölkə dil tapsa da, İran dirəniş göstərir
-
Nazirdən inanılmaz statistika
2022-nin ilk rübündə ötən ilə nisbətdə 50 faiz artım var
-
İqtisadi sektorda rəqəmsal transformasiya
Biznes və cəmiyyət üçün proqnozlar qurula biləcək məqamlar yetərli görünmür
-
Qeyri-neft sektorunda tarixi göstərici
İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədə bu barədə iki tvit atıb
-
Xatirələrdə qalan oyuncaqlar
Uşaq yaradıcılıq müsabiqəsi
-
“İqtisadiyyatımız “kölgə”dən “ağ”a meyllənir”
Mikayıl Cabbarov: “Çatışmazlıqlar və hədəflər var”
-
“29 sual səhv olub”
Təhsil Nazirliyinin rəsmisi müəllimlərin imtahanındakı texniki problemlərdən danışıb
-
Spiker nazirə şikayətləndi
“Gərək hər dəfə kartdan pul çıxaraq?”
-
2 nazirlik birlikdə nəyi müzakirə edib?
“Sənəd tezliklə qəbul olunacaq”
-
“Bulanıq suda balıq tutmaq zamanı bitib”
Topdansatıcılar, marketlər və klinikaların gizlətdiyi dodaq uçuqladan vergi məbləği - 1.3 milyard
-
Nazirliyin bağladığı "qara bazar"
Görün 300-500 manat ödəmədən uşağınızı bağçaya qoya bilirsinizmi?
Təhsil naziri Mikayıl Cabbarov “Vətəndaşların qəbulu qaydalarının təsdiq edilməsi barədə” yeni əmr imzalayıb. modern.az saytının məlumatına görə, əmrin məqsədi Təhsil Nazirliyində, onun strukturuna daxil olan və tabeliyindəki qurumlarda vətəndaşların qəbulu prosesinin tənzimlənməsi və səmərəliliyinin yüksəldilməsidir.
Bu əmrlə “Təhsil Nazirliyində, onun strukturuna daxil olan və tabeliyindəki qurumlarda vətəndaşların qəbulu qaydaları” təsdiqlənib. Eyni zamanda Təhsil Nazirliyində rəhbər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu qrafiki müəyyənləşib.Bakıda elə dövlət orqanları var ki, onların qəbul otaqları hər gün adamlarla dolu olur. Bəzən qəbula gələn vətəndaşlar çalışırlar ki, nazirin qəbuluna düşə bilməsələr də, heç olmasa şöbə müdirlərilə görüşsünlər. Amma heç də hamı buna nail ola bilmir. Günlərlə, həftələrlə, aylarla qəbul otaqlarına ayaq döyən vətəndaşın şikayətinə baxılmayanda o, çıxış yolu tapa bilməyib ya haqsızlıqla barışmalı olur ya da bəzi hallarda Prezident Administrasiyasına, Heydər Əliyev Fonduna məktub yazmaqla təsəlli tapır. Təhsil Nazirliyi də belə qurumlardan biridir. Xüsusilə keçmiş nazirin dövründə bu qurumda qəbul bürokratik əngəllərlə müşayiət olunurdu. Məsələn, Misir Mərdanovun özünün qəbul saatı olsa da (hər bazar ertəsi saat 15-dən 18-dək), sonuncu dəfə onun nazirlikdə vətəndaşları nə vaxt qəbul etməsinin şahidi olanlar yoxdur. Keçmiş nazir köməkçisi Rasim Süleymanov nazirin qəbuluna gələnləri müxtəlif aldadıcı sözlər və ya bəhanələrlə başdan edirdi.
İndi yeni təhsil naziri Mikayıl Cabbarovun təyinatından sonra baş verən kadr dəyişiklikləri, vətəndaşların qəbulu ilə bağlı təzə əmr vəziyyəti dəyişə bilər. Şübhəsiz, hər şey nazirin işindən və məmurlarla davranışından asılı olacaq.