vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNEY  
20:46 | 8 iyun 2022 | Çərşənbə Məqaləyə 618 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdəbil zindanında iki məhkum edam edilib

Rəisinin hakimiyyəti dövründə ölüm hökmünün yalnız 6/1 barədə rəsmi məlumat verilir

CAVİDAN

MÖVZU İLƏ ƏLAQƏLİ

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, iyunun 8-i səhər saatlarında Ərdəbil zindanında iki məhkum dar ağacından asılaraq edam edilib. Höccət Asiyabani və Səccad Təkrəvi adlı məhkumların bundan öncə qətldə günahlandırılaraq edam cəzasına məhkum edildikləri bildirilir.

Fars-Molla rejiminin məhkəmə sistemi və rəsmi media ərdəbilli məhkumların edamı ilə bağlı məlumat yaymayıblar.

Bununla yanaşı iyunun 8-də Bircənd və İlam zindanlarında da daha iki məhkumun edam cəzası icra edilib.

Bircənd zindanında Məhəmmədrza Naruyi Qəzzaq adlı məhbus narkotik alverində ittiham olunduğu üçün asılıb.

İlam şəhərinin həbsxanasında isə adam öldürməkdə günahlandırılan Səttar Ərğəndə adlı məhkum dar ağacından asılıb.

Qeyd edək ki, aprelin sonlarında İnsan Haqları Təşkilatı və Fransanın “Edam cəzasına qarşı birgə” Təşkilatı İranda ölüm hökmlərinin artması ilə bağlı xəbərdarlıq ediblər.

Hesabatda 2021-ci ildə ən azı 333 nəfərin edam olunduğu barədə məlumatların təsdiq olunduğu və bunun İbrahim Rəisinin hakimiyyətə gəlişindən öncəki ilə nisbətdə 25 faiz çoxaldığı qeyd olunur.

Onlar İbrahim Rəisinin prezident seçilməsindən sonra 2021-ci ilin ilk yarısı ilə ikinci yarısı arasında müqayisədən edam hökmlərinin iki dəfə artdığını qeyd ediblər.

İki təşkilatın yaydığı 120 səhifəlik hesabatda İbrahim Rəisinin hakimiyyəti dövründə həyata keçirilən edam cəzalarının yalnız 55-nin (16.5 faiz) rəsmi olaraq elan edildiyi, 278 nəfərin edam edilməsi barədə rəsmi məlumat verilmədiyi qeyd bildirilib.