vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
DİGƏR NÖVLƏR  
02:27 | 19 iyun 2022 | Bazar Məqaləyə 1915 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Günün adamı – Alonso

Ağılsızı isə Rasselldir

Rauf HACIYEV

Fernando Alonso Diaz… 40 yaşında belə özündən 15 yaş gənc komanda yoldaşından daha sürətlidir. Əsl pilot yağışda bilinir. Bu gün ən sürətli 4-cü maşınla sıralanma turunda ikinci oldu. Sabah hansı yeri tutacağından asılı olmayaraq, həftəsonunun adamı Alonsodur. Bu yaşında belə praym dövrünü yaşayan əksər pilotdan güclüdür.

Maks Ferstappenə gəldikdə poul alması gözlənilirdi. Karlos Sayns isə… günü gündən gözümdən düşür. Bir adam niyə bu qədər zəif olsun? Bir stabil dövrə ata bilmədi sıralanma turu ərzində. 

Günün ağılsızı isə Rasselldir. Döngələr suyun içində idi. Niyə quru təkərlərinə keçdi? Amma eyni təkərlərdə yenə Həmiltonu şapalaqlayırdı. Heyif, öz səhvindən bəlkə də, 3-cü yeri verdi. 

Bottas isə yenə də Çjouya uduzdu. Digər tərəfdə Mik Şumaxer də yağışda gözlədiyimdən yaxşı idi. Sabah ilk xallarını alarmı? Arxadan onu Peres, Lekler və Rassell keçəcək. Qalanı özündən asılıdır. 

Günün gözlənilməz nəticəsi Fetteldən gəldi. Bəlkə də, “Aston Martin” sabahkı yarışa sırf quru sazlanması ilə hazırlanıb. Görək.

Peresdə bu həftə bir az sınma müşahidə etdim. Siz də etdiniz?


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)