
İstanbul masası niyə yenidən qurulur?
Görüşü Türkiyədə olmasını istəyən Rusiya bununla Çinin böyüməsini buxovlamağı düçünür
Görüşü Türkiyədə olmasını istəyən Rusiya bununla Çinin böyüməsini buxovlamağı düçünür
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
Ukrayna Moskvaya pilotsuz təyyarələrlə hücum edib
Rusiyanın ağır itki statistikası 260,700 hərbçiyə qədər artıra bilər
“Ümid edirəm ki, bundan istifadə etməyə ehtiyac qalmayacaq”
Vaşinqton təbii ehtiyatlara çıxışı Avropanın təhlükəsizliyindəki dominantlığı kimi baxır
Putinin dəyişəməyən mövqeyini bəzi respublikaçılar təkrar gördü
Rus dilini bilən Culi Deyvisin SSRİ təcrübəsi var
ABŞ prezidenti “Müharibəyə bir günə son qoyacağam” demişdi
“Dünyanın o biri başına ildırım sürəti ilə uçmaq niyyətində deyilik”
Rusiya istəklərini əldə etmədən uzun müddətli atəşkəsə razılaşmır
ABŞ mətbuatı sazişi Ukraynanın qələbəsi adlandırır
“ABŞ azad, suveren və firavan Ukraynaya əsaslanan sülh prosesinə sadiqdir”
Almaniyanın keçmiş prezidenti tənqid etdi: “Məni narahat edən əqli zəifliyimizdir”
Almaniyanın keçmiş kansleri Angela Merkel Kiyevlə Moskva arasında sülh nizamlanmasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib. RND-yə müsahibəsində o, gələcəkdə özü üçün belə bir rolu istisna etmədiyini, lakin hazırda bu mövzunun müzakirə olunmadığını deyib.
Merkel 2021-ci ilin dekabrında federal kansler postunu tərk etməzdən əvvəl müharibənin qarşısını almağa çalışdığını, lakin müvəffəq olmadığını bildirib.
Onun sözlərinə görə, Vladimir Putin artıq Normandiya formatında sammitlərə hazır deyildi (Normand dördlüyü 2014-cü ildə Ukraynanın şərqindəki münaqişənin həlli üçün yaradılmış qrupdur, burda Ukrayna, Rusiya, Almaniya və Fransa təmsil olunur) .
Keçmiş kansler həmçinin Ukraynada müharibəyə başlamaq üçün Kremlin onun getməsini gözlədiyinə də inanmadığını vurğulayıb. Hakimiyyətdən getdikdən sonra “Spiegel” jurnalına ilk müsahibəsində sabiq kansler Ukraynada müharibənin qarşısını almağın mümkün olmadığına görə özünü günahkar saymadığını bildirib.
“Diplomatiya sadəcə uğur qazanmadığı üçün səhv deyil” deyən Merkel, “elə ona görə də niyə bunun səhv olduğunu deməli olduğumu anlamıram və üzr istəməyəcəyəm” deyib.
Almaniyanın hazırkı hökumət başçısı Olaf Şolts Rusiyanın işğalını qətiyyətlə pisləyib və Ukraynaya silah tədarükünü təsdiqləyib.
Xüsusilə, aprel ayında Almaniya Ukraynaya tank və ağır silahlar verməyə hazır olduğunu bəyan edib. Ancaq iyunun ortalarına qədər bu tədarükün baş tutmaması həm ölkə daxilində, həm də xaricdən Şoltsun tənqidinə səbəb olub.
İyunun 17-də DPA-ya müsahibəsində Şolts deyib ki, silahlar, o cümlədən çoxsaylı reaktiv yaylım atəşi sistemləri və raket əleyhinə sistemlər Kiyevə Ukrayna hərbçiləri müvafiq təlimləri başa vurandan sonra çatdırılacaq. Silah tədarükündəki gecikmələri isə kansler Almaniyanın əvvəlcə müharibədən qabaq mövcud olan təchizat öhdəliklərinini yerinə yetirməli olması ilə əsaslandırıb.