Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
12:06 | 19 iyun 2022 | Bazar
Məqaləyə 956 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
İyunun 18-də Rusiya qüvvələri Severodonetskətrafı ərazidə cüzi nailiyyətlər əldə edib, lakin digər hücum xətlərində əsasən ilişib qalıb. Bu barədə Müharibə Araşdırmaları İnstitutunun (MAİ) gündəlik təhlil məlumatında qeyd olunub.
“Rusiya qüvvələrinin şəxsi heyət və texnikada artan itkilər və yıpranma ilə qarşılaşması ehtimalı var ki, bu da onun Severodonetsk uğrunda gedən ləng döyüşlər davam etdiyi üçün digər kritik nöqtələrdə hücum əməliyyatlarını bərpa etmək cəhdini çətinləşdirəcək. MAİ-nin daha öncə təxmin etdiyi kimi, Rusiya qüvvələri, çox güman ki, yaxın həftələrdə Severodonetski tuta biləcək, lakin bu onlara mövcud qüvvələrin əksəriyyətinin kiçik ərazidə cəmləməsi bahasına başa gələcək. Rusiyanın Ukraynanın şərqindəki digər əməliyyatları, məsələn, Slavyanskı ələ keçirmək və Baxmutun şərqinə doğru irəliləmək səyləri son iki həftədə mühüm irəliləyişə gətirib çıxarmayıb”, - yazıda vurğulanıb.
Qeyd olunub ki, Rusiya ordusu mənəvi ruh və nizam-intizam problemləri ilə üzləşməkdə davam edir: “Ukrayna Baş Kəşfiyyat İdarəsi iyunun 17-də və 18-də Rusiya əsgərlərinin cəbhə xəttindəki şəraitdən, zəif təchizatdan və şəxsi heyət çatışmazlığından şikayət etdiyi ələ keçirilmiş telefon zəngləri barədə məlumat yayıb. Hərbi qulluqçulardan biri bildirib ki, bölmələrin şəxsi heyəti taqətdən düşüb və bəzi tabor taktiki qruplarında (TTQ) cəmi 10-15 hərbçi qalıb”.
Amerikalı ekspertlərin əsas nəticələri onda ibarətdir ki, Rusiya qoşunları Baxmut-Lisiçansk şosesi boyunca Ukraynanın kommunikasiya xəttini kəsmək səylərini davam etdirib və magistral yol boyu qurudan və artilleriyadan zərbələr endirib. Eyni zamanda, analitiklərin fikrincə, işğalçı qüvvələr cənub xətti boyunca heç bir təsdiqlənmiş fəaliyyət göstərməyib və Ukraynanın cənubundakı işğal olunmuş ərazilərdə partizan təzyiqi ilə üzləşməkdə davam edir. (Report.az)