Kreml sınağa çəkilir...
Putin NATO-nun təhdid taktikasına reaksiya verməsə, Rusiya öz sərhədləri içərisinə sıxışdırılacaq
Elçin XALİDBƏYLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
NATO-dan İsveç və Finlandiyaya rəhbərlik təklifi
“Baltik dənizindən Arktikaya qədər Şimali Avropanın təhlükəsizliyini təmin etmək”
-
... “Silah, yoxsa yağ?”
Avropanın acı dilemması ...
-
Stoltenberqdən özünü tənqid
“NATO Ukrayna müharibəsinin qarşısını almaq üçün daha çox şey edə bilərdi”
-
“İntiqam yoluna qədəm qoyub”
“Qərb Ukrayna tipli müharibəyə hazırlıq üçün Asiyada ittifaqlar qurur”
-
Putindən Qərbə xəbərdarlıq
“Rusiyaya hücuma icazə vermək müharibəyə qoşulmaq deməkdir”
-
Stoltenberqə yeni vəzifə
Münhen Təhlükəsizlik Konfransının sədri ilk dəfə alman olmayacaq
-
NATO-dan mesaj
“Avropa və Asiyanın təhlükəsizliyi ayrılmazdır”
-
“Vəziyyət ciddidir”
NATO-ya Rusiya xəbərdarlığı
-
Berlindən Moskvaya növbəti ittiham
“Rusiya hərbi kəşfiyyat bölməsi NATO ölkələrinə kiberhücumlar həyata keçirib”
-
Seçkidən 5 gün sonra yanğın
Saksoniya dağlarındakı yanğın əyalətə nə qədər ziyan vurub?
-
ABŞ ordusu neçə cəbhədə döyüşə bilər?
Müttəfiqləri öz müdafiələri barədə düşünməli, Pentqaona çox da bel bağlamamalıdır
-
Stoltenberqdən Çinə çağırış
NATO-nun baş katib: “Rusiyaya dəstəyi dayandırın”
-
Siyasətdən gedir
Tobias Billströmdan istefa qərarı
NATO-nun “təhlükəsizlik çətiri” altında olan Baltikyanı ölkələrdən Litva Rusiyanın Kalininqrad vilayətinə öz ərazisindən yüklərin daşınmasına qadağa qoydu. Rusiya buna kəskin şəkildə etiraz etdikdən sonrasa, Litva həmin qadağanı daha da sərtləşdirdi və öz ərazisindən Rusiyaya məxsus yük avtomobillərinin hərəkətini də blokladı.
İndi Rusiya olduqca çətin vəziyyətə düşüb. Belə ki, Kreml üçün Rusiyanın Kalininqrad vilayətinin təchizat prosesi ciddi problemlə üzləşib. Ona görə də, Rusiya Litvaya sərt şəkildə xəbərdarlıq edib ki, yükdaşımalara qoyulan qadağa dərhal ləğv olunmalıdır. Əks halda, Rusiya öz maraqlarını qorumaq üçün təxirəsalınmaz addımlar atmaq hüququnu özündə saxlayır.
Yəni, Kreml NATO üzvü olan Litvanı Rusiya qoşunlarının hərbi müdaxiləsi ilə hədələyir. Litvanı Kalininqrad vilayətinə yükdaşımaları bərpa etmək məqsədilə savaşa başlayacağı ilə təhdid edir. Və bu, Ukraynadan fərqli olaraq, Rusiyanın hərbi gücü qarşısında tab gətirmək şansı olmayan Litva üçün ilk baxışdan olduqca təhlükəli xəbərdarlıq təsiri bağışlayır.
Bununla belə, Litvanın rəsmi dairələrində Rusiyanın təhdidlərinin ciddi narahatlıq doğurduğu qətiyyən müşahidə olunmur. Böyük ehtimalla Litva “Kalininqrad qərarı”nı ABŞ və NATO-nun tövsiyyəsi ilə qəbul etmiş də ola bilər. Yəqin ki, bu addımın qarşılığında Rusiyanın hərbi müdaxiləsi olarsa, NATO-nun Litvaya tam dəstək verəcəyi ilə bağlı təminat verilib.
Onu da qeyd edək ki, ABŞ və digər önəmli NATO ölkələrinin Rusiyanın Litvaya qarşı təhdidlərinə reaksiyası da bu ehtimalı təsdiqləyir. Xüsusilə də ABŞ Litvaya qarşı Rusiyanın hərbi müdaxiləsinə dərhal uyğun cavab veriləcəyini bəyan etməsi Kremli daha təmkinli davranmaq məcburiyyətində qoya bilər. Çünki, hazırda Rusiya NATO ilə birbaşa silahlı toqquşmalarda qətiyyən maraqlı deyil.
Məsələ ondadır ki, ABŞ bu məsələyə münasibətdə NATO nizamnaməsinin 5-ci bəndini xüsusi olaraq, xatırladır. Həmin bəndə görə, əgər, hər hansı NATO ölkəsinə qarşı hücum olarsa, bu, ümumilikdə hərbi-siyasi alyansa yönəlik hərbi müdaxilə kimi qəbul edilir. Ağ Ev də bəyan edib ki, ABŞ NATO-nun “bir üzv ölkəyə qarşı hərbi hücum hamıya yönəlik savaşdır” prinsipinə sadiqdir. Və bu, o deməkdir ki, Rusiya Litvaya qarşı savaşa başlayarsa, ABŞ başda olmaqla, bütün NATO ilə birbaşa müharibə aparmaq məcburiyyətində qala bilər.
Bütün bunlar onu göstərir ki, Rusiya və NATO arasında savaşın başlaya biləcəyi qətiyyən istisna deyil. Sadəcə, belə bir qlobal savaşın başlanıb-başlanmayacağına hazırda yalnız Kreml qərar verə bilər. Əgər, Kreml Litvaya qoşun yeritmək potensialına sahib olduğuna əmin olarsa, belə bir fəlakət ssenarisi reallığa çevrilə bilər. Əks halda, Rusiyanın bütün bu baş verənlərə sükutla cavab verməkdən başqa çıxış yolu qalmayacaq.
Hər halda, Litva ilə Ukrayna qətiyyən eyni situasiyada deyil. Ukrayna NATO ölkəsi olmadığından bu hərbi-siyasi alyans Rusiya ilə silahlı toqquşmadan yayınmağa üstünlük verdi. Litva variantındasa, NATO istəməsə belə, Rusiya ilə müharibədə iştiraka məcbur olacaq. Hətta Litvaya qarşı təhdidlərə tez-tələsik verilən sərt reaksiyalar Rusiyanın NATO tərəfindən növbəti, həm də daha ağır və daha dərin “savaş bataqlığı”na çəkilməsinin planlaşdırıldığını da düşünmək olar.
Digər tərəfdən, Böyük Britaniyanın da bu məsələyə münasibəti maraq doğurur. Belə ki, rəsmi London həm NATO dövlətlərini, həm də bütün Avropa ölkələrini Rusiya ilə birbaşa müharibəyə hazır olmağa çağırıb. Böyük Britaniya əmindir ki, belə bir savaşın baş vermə ehtimalı o qədər də uzaqda deyil. Ona görə də, NATO və Avropa ölkələri öz hərbi xərclərini artırmalı, öz hərbi potensiallarını daha da gücləndirməli və Rusiyanın savaş meydanında məğlub edilməsinə tam hazır olmalıdırlar.
Göründüyü kimi, dünyanın iki nəhəng ölkəsi – ABŞ və Böyük Britaniya NATO ilə Rusiya arasında müharibənin baş verə biləcəyini qətiyyən istisna etmirlər. Üstəlik, bunu törədə biləcək addımlar atmaqla yanaşı, həm də ciddi şəkildə hazırlaşırlar. Və belə anlaşılır ki, Ukrayna savaşının müxtəlif bəhanələrlə daha da böyüdülərək, qlobal savaşa çevrilməsi ilə bağlı da müəyyən planların qurulmaqda olduğundan şübhələnmək üçün əsaslar hər halda, var.