
“Bizansvari metod dəyişməz qalıb”
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Rusiyaya giriş qaydalarının dəyişməsi mənfi və müsbət tərəfləri
Rusiyanın Qələbə Günündə iştirak edən ölkələrin siyahısı açıqlanıb
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
... Yaxud Qələbə paradında ucadan oxunan “Faust”
Almaniya İsraildən müdafiə sistemi alıb
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Qələbə paradı ərəfəsində Ukrayna ordusunun ikinci dəfə Rusiya torpağına girməsi Kremldə şok yaradıb
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
Rusiya ordusunun milliyyətcə buryat olan 500 hərbçisi Ukraynada döyüşməkdən imtina edib evlərinə qayıdıb. Bu heç də asan başa gəlməyib. Kontraktı pozmaq istəyənlərə təzyiq edilib, həbs və qayıdandan sonra işsiz qalacaqlarıyla hədələyiblər. Əsgərlərin qərarlarından döndərmək istəyi tək hədələnmə ilə də bitməyib. Buryat hərbçilərinin ana-bacıları, xanımları xəbər verir ki, vuruşmaqdan imtina edən yüzlərin içində onlarla əsgəri işgəncə yeri kimi tanınan Luqansk təcridxanasına aparıblar, hansı ki onlardan xəbər yoxdur.
Buryatiya bu müharibədə Rusiyanın regionları içərisində ən çox itki verən sayılır – 160-dan çox hərbçi. Real rəqəmlər gizlədilir, əslində daha çoxdur. Hüquq müdafiəçiləri deyirlər ki, evləinə qayıdanlar 500-dən daha çoxdur! Rusiya rəhbərliyi müharibədə edilən qəddarlıq və vəhşilik məsələsində məkrlə kasıb regionlarda yaşayan milli azlıqları qabağa verərək özünü və rusları təmizə çıxarmağa çalışır.
Buryat dili Monqolustanda və ən əsas da Çində monqol dilinin dialekti, Rusiyada isə monqol dillərindən biri hesab olunur.
Bir müddət əvvəl rus hərbçilərinin də kütləvi şəkildə Ukraynada döyüşməkdən imtina edib evlərinə qayıtması barədə xəbər yayılmışdı.
Bütün bu faktlar Rusiya ordusunda real vəziyyəti göstərərək, rəhbərliyin qələbə ruhlu raportlarını və Putinin eləcə çıxışlarını təkzib edir.