vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
QARABAĞ  
14:48 | 4 oktyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 1452 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xocavəndə kütləvi məzarlıq tapılıb

Skeletləri tapılan 12 nəfərin ayaqları ölməzdən qabaq ...

Xocavənd rayonunun Edilli kəndində növbəti kütləvi məzarlıq aşkar edilib. Aşkar edilmiş məzardan 12 nəfərin qalıqları və əşyaları ilə birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduğu bilinib.

Bundan başqa aşkarlanan qalıqlardan aydın olub ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birlərinə bağlanıb.

Məhkəmə tibbi kriminalistika şöbə rəisi Nuranə Hüseynova aşkarlanan kütləvi məzarlıqda olan skelet sümükləri hərbçilərimizə məxsus olduğunu təsdiqləyib.

O qeyd edib ki, Azərbaycan xalqı ermənilərin törətdikləri minlərlə faciə, terror, kütləvi qırğınlarla üzləşib.

“Hazırdan Xocavəndin Edilli kəndindəyik. Burada 3 sahə aşkar edilib. Birinci və ikinci sahədə ümumi 6, skelet sümüyü üçüncü sahədə isə 12 skelet sümüyü aşkar olundu. Bu sümüklər hərbçilərimizə məxsusdur. Skelet sümükləri üzərində geyimlər, ayaqqabılar, bıçaq, siqaret kötüyü, güllələr, patronlar var. Sümüklər müayinə üçün məhkəmə tibbi kriminalistika şöbəsinə göndəriləcək”, – deyə o əlavə edib.