Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
20:14 | 4 oktyabr 2022 | Çərşənbə axşamı
Məqaləyə 1509 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya ordusu Xerson vilayətinin şimal-qərbindən geri çəkilir. Ukrayna ordusu Xarkov əməliyyatına bənzər əməliyyat planını Xersonda uğurla təkrarlayaraq burada da sürətli həmlə ilə düşmənin gözləmədiyi istiqamətdən cəbhəni yarıb, 3 gün ərzində böyük bir ərazini işğalçılardan azad etməyə nail oldu.
Rusiya Baş Qərargahı əlbəttə ki, cənub cəbhəsində hər an böyük hücum gözləyirdi, amma onlar əsas zərbənin Xerson şəhərinin qərbindən bilavasitə bu vilayət mərkəzinə endiriləcəyini güman edərək əsas qüvvələrini oraya toplamış, həmin istiqamətdə istehkamlar yaradaraq müdafiəni möhkəmləndirmişdi. Çünki Ukrayna ordusunun ən yaxın mövqeləri məhz şəhərin qərb hissəsində (təxminən 20 km aralıda) yerləşir.
Lakin Ukrayna komandanlığı əsas zərbəni şəhərə uzaq və daha az möhkəmləndirilmiş şimal istiqamətindən endirərək hərbi planlaşdırma və taktiki zəka sahəsində qarşı tərəfdən üstünlüyünü bir daha göstərmiş oldu.
Rusiya Hava Kosmik Qüvvələri öz quru qoşunlarına aviasiya dəstəyi verə bilmir. (Halbuki yaxınlıqdakı Krım aviabazalarla doludur.) Ərazidəki hərbçilərin sosial media vasitəsilə komandanlıqdan aviasiya dəstəyi tələb etməsi faktı var. Bu isə onun göstəricisidir ki, ön xəttin komandanlıqla (başqa sözlə, komandanlığın ön xətdəki birləşmələrlə) rabitə əlaqəsi pozulub. Rus hərbi blogerlərinin iddiasına görə, Ukrayna ordusu güclü radioelektron vasitələrdən istifadə edir.
İndi Rusiya komandanlığı “taktiki geriçəkilmə” edən qüvvələri ilə Berislav-Xerson (şəhər) xətti üzrə müdafiəni gücləndirməyə çalışır. Amma orada uzun müddət effektiv müqavimət təşkil etmələri mümkün deyil. Xerson vilayətinin bütün sağ sahil hissəsinin azad olunması yaxın həftələrin işidir.
Bununla yanaşı, hələ sağ sahil tam azad olunmadan Ukrayna qüvvələrinin Dneprin nisbətən ensiz yerindən sol sahilə keçməsi ehtimalı da var. Əgər bu riskli əməliyyatı gerçəkləşdirmək mümkün olarsa, bütövlükdə müharibənin aqibətini həll edəcək çox önəmli perspektivlər açılacaq. Çünki sol sahildə ümumiyyətlə, hər hansı müdafiə xətti, istehkam yoxdur.