vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
QARABAĞ  
09:48 | 15 oktyabr 2022 | Şənbə Məqaləyə 895 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

30 il və 25 milyard ən aşağı proqnozdur

90-ci illərdən işğalda qalan ərazilərdə kim bilir nələrə basdırılıb

NATİQ

MÖVZU İLƏ ƏLAQƏLİ

1982-ci ildə Britaniya və Argentina arasında 42 günlük “Folklend müharibəsi” baş verdi. Britaniyanın tam qələbəsi ilə başa çatan müharibədən sonra kiçik bir adanın minalardan təmizlənməsi başlandı. Son mina 2020-ci il 10 noyabr tarixində çıxarıldı. Yəni 38 il sonra ada tam təhlükəsizləşdirildi.

Adaların ümumi sahəsi 12113 kvadrat kilometrdir. Argentina adaların sahil zolaqlarını, təqribən, 43 kvadrat km sahəni minalamışdı, ümumilikdə cəmi 30 min mina basdırılmışdı. Britaniyaya 38 il zaman, 368 milyon funt (dəyişən məzənnəni nəzərə alınıb illərə bölsək təqribən 500 milyon dollar) vəsait lazım oldu ki, balaca bir adanın kiçicik bir hissəsini minalardan tam təmizləsin.

Erməni işğalçıları 30 ildə yüz minlərlə mina basdırıblar. Həm də bunu ərazi olaraq Folklend adasında basdırılan sahədən dəfələrlə (azı 100 dəfə) böyük ərazidə ediblər.