vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNEY  
16:27 | 20 oktyabr 2022 | Cümə axşamı Məqaləyə 1191 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bütün şəhərlərdə etirazlar davam edir”

“Minlərlə məhbusa ölüm hökmü Rəisinin keçmiş iş təcrübəsidir”

TİMUR

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycan Televiziyasının təsisçisi və rəhbəri Amerikanın CBS radio şəbəkəsinə müsahibəsində son bir ayda Güney Azərbaycanda və İranda baş verən etirazları müzakirə edib.

Əhməd Obalı Əsra Pənahinin qətlinin təfərrüatlarından, Hədis Nəcəfinin ölümündən, həmçinin alpinizm üzrə Asiya çempionatında yarışlara hicabsız qatılmış Zəncandan olan azərbaycanlı idmançı Elnaz Rikabidən danışıb.

“Evin İranın ən böyük təhlükəsizlik həbsxanasıdır və İslam Respublikasının bir çox müxalifləri və hökumət tərəfindən təhlükə hesab edilənlər bu təhlükəsizlik həbsxanasında saxlanılır.

Evin həbsxanasında minlərlə məhbusa ölüm hökmünün çıxarılması İbrahim Rəisinin keçmiş iş təcrübələrindən sayılır”, – deyə, Əhməd Obalı Evin zindanında baş verən yanğınla bağlı fikirlərini bölüşərkən bildirib.

O, hazırkı etiraz aksiyalarında ağır iqtisadi şərait, işsizlik və gələcəyə ümidsizlik ucbatından ailə həyatı qura bilməyən gənclərin daha çox iştirak etdiyini qeyd edib.

“Mərkəzi və farsdilli bölgələrin bu etirazlara gec qoşulmasına baxmayaraq, demək olar ki, bütün şəhərlərdə etirazlar davam edir.

Lakin yenə də demək olar ki, İranda cənubdan şimala, şərqdən qərbə yaşayan bütün millətlər nümayişlərdə iştirak edirlər”, – deyə, Günaz TV-nin təsisçisi etiraz aksiyalarının geniş vüsət aldığını söyləyib.

O, hökumət məmurları, özəlliklə SEPAH və Bəsic üzvlərinin küçələrdə etirazçıları öldürdüyünü, bu qətllərin davam etdiyini və rejimin bunu ürək tutması, intihar, damdan yıxılma və başqa bu kimi amillərlə əlaqələndirib ört-basdır etməyə çalışdığını bildirib.

“Ərdəbildə 17 yaşlı məktəbli qız hökumət qüvvələri tərəfindən öldürüldükdən sonra rəsmilər ilk-öncə onun ürək tutması nəticəsində öldüyünü iddia etdilər.

Daha sonra bəzi məmurlar onun intihar etdiyini, daha sonra isə xərçəng xəstəliyindən dünyasını dəyişdiyi ilə bağlı ziddiyyətli açıqlamalar verdilər”, – deyə Obalı İran hökumətinin vətəndaşlara qarşı amansız davranışından danışarkən bildirib.