vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNEY  
22:17 | 15 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 554 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranın TÜRK fobiyası böyüyür

Fars-molla rejimi daha təhlükəli hal alır

Təhməz ƏSƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda insan hüquqları ilə bağlı vəziyyət günü-gündən daha pisləşir. İş orasındadır ki, özünü İslam respublikası adlandıraraq bu adın arxasında pərdələnməyə çalışan molla-fars rejimi nə İslami qaydalara, nə də beynəlxalq hüququn təməl prinsiplərinə məhəl qoyur.

Hazırda rejimə qarşı keçirilən kütləvi etirazların davam etməsi, insanların ölkədə insan hüquqlarının kobud şəkildə pozulması hallarının davam etdirilməsindən narazı qalmasından xəbər verir. Hüquqşünaslardan, hüquq müdafiəçilərindən, əmək fəallarından tutmuş tələbələrə qədər həbs olunması, eyni zamanda rejimin vətəndaşlarının dinc etirazına qarşı zorakılıq nümayiş etməsi faktları İranda insan haqları ilə bağlı vəziyyətin dözülməz həddə çatdığını təsdiq edir.

İran İnsan Hüquqları Təşkilatının noyabrın 15-də yaydığı məlumatda sentyabrın 17-si və noyabrın 14-i tarixləri arasında ölkədə davam edən etiraz aksiyalarında 52-si uşaq olmaqla 344 nəfərin öldürüldüyünü açıqlayıb. Bununla yanaşı, 15 820 nəfərin saxlanıldığı, bunlardan 448 nəfərinin tələbə olduğu və onlardan 1981-nin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilib. Habelə bu müddət ərzində 140 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər keçirib və 138 universitetin tələbələri aksiyaları dəstəklədiyi məlumatda əksini tapıb.

Hazırda İranda baş verən proseslər nə İranın konstitusiyasına, nə də beynəlxalq səviyyədə, dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul olunmuş prinsiplərə uyğun gəlmir. Təəssüflər olsun ki, bu fikri müxtəlif faktlar gətirərək sübut etmək heç də çətin deyil.

İranda fundamental insan hüquq və azadlıqlarının kobud pozulması hallarının xüsusilə də soydaşlarımızın yaşadığı şəhər və qəsəbələrdə qeydə alınması İranda Azərbaycan türklərinə qarşı assimilyasiya siyasətinin növbəti bariz nümunəsidir. Molla rejiminin bu ölkədə ermənilərlə münasibətdə azərbaycanlılara qarşı qeyri-insani davranışı uzun illərdir gözümüz önündədir.

Ana dilində bir məktəbin, bir mətbəənin belə çalışmasına icazə verilməyən Azərbaycan türkləri halbuki İran əhalisinin ən çoxluq təşkil edən vətəndaşları hesab edilirlər. Buna rəğmən soydaşlarımıza qarşı günü-gündən artan etnik xarakterli təzyiqlər nəticəsində onlar İranda bütün insan hüquqlarından məhrum olublar.

Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları məsələsində qoyulan qadağa isə günümüzün ən acı reallıqlarından biridir. Bu məsələ ilə bağlı hətta Prezident İlham Əliyev də çox önəmli bəyanatı ilə diqqət mərkəzinə düşdü:

Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı xaricdəki soydaşlarımıza dəstək mesajı ilə çıxış etməsi və eləcə də "Milli kimliyin qorunması vaxtı çatıb" fikrini dilə gətirməsi yenə Tehrandakı mollaların, ayətullahların yuxularına haram qatmağa başlayıb. Amma rəsmi Bakı artıq bu məsələdə öz qəti mövqeyini ortaya qoydu. Necə ki, bu məsələni dövlət başçımız açıq bildirdi:

"Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur".

Söyülən, də döyülən də, edam edilən də, haqları, hüquqları əlindən alınan da güneyli soydaşlarımızdır. Bu səbəbdən də BMT-nin noyabrın 24-də İnsan Hüquqları Şurası "İranda insan hüquqları ilə bağlı vəziyyətin pisləşməsi" mövzusunda keçirəcəyi xüsusi sessiyada müzakirələr zamanı azərbaycanlılara qarşı ayrı seçkilik və təqiblər mövzusuna xüsusi diqqət ayırmalı, müzakirələrin prearitet istiqamətlərindən biri kimi məhz bu məsələlər qabardılmalıdır. Çünki nə qonşuluq, nə də islami dəyərlər baxımından İranın mövqeyi qəbuledilən deyil və artıq bıçaq sümüyə dirənib.

Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının liderlərinin sesseiyasında etdiyi açıqlamalar, molla rejiminə ünvanladığı çıxış İran mediasının, iranlı deputatların, rəsmi tehranın və SEPAH-ın təkəbbürlü generallarının qarğa-quzğun kimi baş-başa verib Azərbaycana qarşı növbəti hədə, kin, nifrət püskürmə kampaniyasına start verməsi ilə müşahidə olunması mesajın qarşı tərəfdən alınmasını təsdiqləyən acı reallıqdır.

İranın bu yaxınlarda Türkiyə ərazisində terror həyata keçirmək cəhdlərinin müəyyən edilməsi (terrorçular zərərsizləşdirilib) faktı bir daha fars-molla rejimi üçün dünya türklərinin birliyindən böyük təhdidin olmadığı reallığını ortaya çıxarır.

Elə ötən gün İstanbulda baş verən dəhşətli teraktı PKK, ASALA kimi məşhur terror təşkilatlarının öz üzərlərinə götürmələri əslində reallığı bir o qədər əks etdirmədi. Bu hadisədə özlərinin rolunu, gücünü şişirtməyə çalışan bu əldəqayırma terror qruplarından daha iri güclərin "əl"i olduğu istisna edilmir. İraq, Suriya, Yəmən, Livanda terrorun arxasında məhz İranın durduğu, molla rejiminin Yaxın Şərqi qan gölməçəsinə çevirməsi ilə bağlı kifayət qədər dəlil-sübutların olması faktı bu mövzunun nə qədər aktuallığını, Tehran rejiminin Türk Dünyası üçün hazırda real təhlükəyə çevrildiyini göstərən növbəti faktordur. 

Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX zirvə görüşünün İranın da, Rusiyanın da, Fransanın da, ermənilərin də yuxularını qarışdırdığını nəzərə alsaq, məhz xain qonşularımızdan bir zamanlar istehza ilə qarşıladıqları "TURAN" sözündən indi oddan qorxduqları kimi qorxduqlarını hesaba qatsaq, bu terakta cənub qonşumuzun əlinin olduğunu iddialar sırasına qoymaq olar.

Dinc, günahsız insanların edamında, qətlində peşəkar olan İran fars-molla rejimi bu cür dəhşətli qətllərə bais olmaqla Türk dünyasının inkişafını əngəlləməyə çalışan şeytani güc funksiyasını da öz çiyinlərinə götürə bilər. Odur ki, dünya anlamalıdır ki, İranın bu tutduğu yol İslamı gözdən salmağa, insanlığa qarşı vəhşilik nümunəsi olmaqla yanaşı, dünyadakı sabitliyə qarşı əsas təhdid xəttidir. 

Dönüb molla rejiminin çıxdığı oyunlara nəzər salsaq Ermənistan istisna olmaqla İranın bütün qonşu ölkələrə qarşı düşmənçilik siyasəti, ideoloji və hərbi qarşıdurmada olduğunu görə bilərik. 

Ona görə də BMT-nin İnsan Hüquqları Şurası bada olmaqla bütün beynəlxalq təşkilatlar fars molla-rejiminin bu qeyri-insani davranışlarını dayandırmaq, insanların haqlarını ayaq altına atmasına əngəl olmaq üçün artıq konkret əməli-praktiki addımlar atmağın zamanının yetişdiyini anlamalıdırlar. (Milli.az)