Deputatlara dini ədəbiyyat paylanıb
«Kəşfül-həqayiq» və «Vəhabi cərəyanı» kitabları ...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Büdcə icrasının müzakirələri
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
-
Ali təhsil 3 ilə endirilə bilər
Bütün universitetlərin yataqxanası olmalıdır
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
MM-də yeni təyinat
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
MM-də islahatlar
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
-
Yeni spiker kimdir?
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
-
“Vəziyyət həqiqətən bərbaddır”
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
Milli Məclisin üzvlərinə dini təriqətlər əleyhinə kitablar paylanıb.Bu barədə musavat.com-a informasiyalı mənbələrdən xəbər sızıb.
Adının çəkilməsini istəməyən parlament əməkdaşlarından biri bildirib ki, deputatlara paylanan kitablardan birinin adı «Kəşfül-həqayiq», digəri «Vəhabi cərəyanı»dır.
Kitabların deputatlara kimin təşəbbüsü ilə və hansı məqsədlə paylandığı açıqlanmır.
anspress.com isə məlumat verir ki, Mirməhəmməd Kərim Bakuvinin Qurani-Şərifin Azərbaycan dilində təfsiri olan «Kəşfül-Həqayiq» əsəri Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən din xadimlərinin, dindarların və ümumilikdə cəmiyyətin dini sahədə maarifləndirilməsi məqsədilə həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, üç cilddə, müasir üslubda və nəfis şəkildə çap edilib.
Nəşrin baş məsləhətçisi QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, redaktorları Hacı Salman Musayev, Hacı Fuad Nurullah, Əhməd Niyazov və Siracəddin Hacıdır. Kitab nəşrə Abbas Qurbanov tərəfindən hazırlanıb.
«Kəşfül-Həqayiq an Nukətil-Ayəti vəd-Dəqayiq» («Ayələr və keyfiyyətlərinin incəlikləri haqqında həqiqətlərin kəşfi») adlanan əsər ilk dəfə 1904-cü ildə Hacı Zeynəlabdin Tağıyevin maddi vəsaiti ilə Tiflisdə «Kaspi» qəzetinin Buxariyyə mətbəəsində çap olunub. İlk dəfə Azərbaycan türkcəsində nəşr olunan təfsir İslam aləmində böyük əks-səda yaradıb və müəllifə böyük şöhrət qazandırıb.
Kitabın Təqdimat hissəsində müəllif Mirməhəmməd Kərim Bakuvinin şəxsiyyəti, dünyagörüşü və islami fikirlərini yüksək qiymətləndirən Şeyxülislam A.Paşazadə əsərin tarixi və milli-mənəvi dəyərlər baxımından diqqətəlayiq olması səbəbindən onun müasir əlifba ilə yenidən nəşr edilərək cəmiyyətə təqdim edilməsinin əhəmiyyətini vurğulanıb.
Kitabda Mirməhəmməd Kərim Bakuvinin həyatı, elmi və ictimai fəaliyyəti haqqında da məlumat verilib, müəllifin əsərin yazılması zamanı tətbiq etdiyi təfsir metodları, istifadə etdiyi hədis qaynaqları və əsərin digər klassik təfsirlərdən fərqli cəhətlərindən bəhs olunub.