vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
21:05 | 1 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 1801 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kredit verilməsi sadələşdiriləcək

Kənd Təsərrüfatı Nazirliyi kiçik və orta fermerlərin inkişafına çalışır

MÖVZU İLƏ ƏLAQƏLİ

Kənd Təsərrüfatı Nazirliyi (KTN) Azərbaycanda kənd təsərrüfatı korporativləri və sığorta fondlarının yaradılmasını nəzərdə tutub.

APA-Economics-ə xəbər verir ki, bunu açıqlamasında KTN yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin baş direktor müavini Abbas Qaracayev bildirib.

«Əfsuslar olsun ki, kənd yerlərində yaşayan əhalinin, fermerlərin xeyli hissəsi kreditlərdən bəhrələnə bilmir. Bunun səbəbi isə odur ki, kredit alarkən onu girovla təmin edə bilmirlər. Digər tərəfdən, bu, rayonlarda olan girov kimi təqdim olunan əmlakların likvidliyinin çox aşağı olması ilə bağlıdır.

Təcrübə göstərir ki, yaranmış vəziyyətdə likvidlik məsələsi artıq problem olaraq qalır. Çıxış yolu xarici ölkələrdə olduğu kimi, kənd təsərrüfatı korporativlərinin, bu sahə ilə məşğul olan sığorta fondunun yaradılmasından ibarətdir», - deyə A.Qaracayev əlavə edib.

Nazirlik rəsmisi onu da qeyd edib ki, artıq bu layihə yeni hazırlanan kənd təsərrüfatı strategiyasında öz əksini tapıb. Hazırda nazirlik qurumun xətti ilə təsərrüfat subyektlərinə kreditlərin verilmə prosedurunun sadələşdirilməsi üzərində iş aparır: «Azərbaycanda hər bir təsərrüfat subyekti Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə 200 min manata qədər kredit götürə bilər. Bu kreditin faiz dərəcəsi illik 7 faiz təşkil edir. Bu məbləğ 5 ilə ödənilir və maksimum güzəşt müddəti 2 ildir. Hazırda bu prosedurun sadələşdirilməsi üçün işlər aparılır. Əsas vurğunun kiçik və orta fermerlərə vurulmasına çalışırıq».